Bilik Fondu hərbi hissədə əsgərlərlə görüşüb (FOTO)

Bilik Fondu hərbi hissədə əsgərlərlə görüşüb (FOTO)
17 Dek 2016 09:39

Bilik Fondunun təşəbbüsü və təşkilatçılığı ilə 10 Azərbaycan nağılı ingilis dilinə tərcümə olunaraq nəşr edilib.

Bilik Fondunun informasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Fondda təcrübə keçən Dövlət Dillər Universiteti və Avrasiya Universitetinin tələbələrinin tərcümə etdiyi nağıllara illüstrasiyaları Dövlət Uşaq Filarmoniyasının üzvləri çəkiblər.

Dərginin Bilik Fondunda və Dövlət Uşaq Filarmoniyasında geniş təqdimatı keçirilib.

Tərcüməçilərdən Elvin Çəbrayıllı hazırda vətənə borcunu yerinə yetirmək üçün FHN-nin N saylı hərbi hissəsində hərbi xidmətdədir. Bilik Fondu ilə Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə hərbi hissədə “Nağıllar” dərgisinin təqdimatı keçirilib. Bölmə rəisi polkovnik-leytenant Əliyar İsmayılov Fondun əməkdaşlarını salamlayaraq, hərbi hissələrdə maarifləndirici tədbirlərin keçirilməsinin əsgərlərin hərtərəfli inkişafına töhfə verdiyini vurğulayıb.

16 dekabr Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov hərbi xidmətdə olan gəncləri daim sayıq və nizamlı olmağa çağırıb. Fondun maarifləndirici layihələri, o cümlədən “Nağıllar” dərgisinin ərsəyə gəlməsi barədə ətraflı məlumat verən icraçı direktor Elvin Cəbrayıllıya Bilik Fondunun “Təşəkkürnamə”sini və hədiyyələrini təqdim edib.

Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, Elvin Cəbrayıllının valideynləri əsgərlərin hərtərəfli inkişafı üçün maarifləndirici tədbirlərin vacibliyindən danışıblar.

Bilik Fondu AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təqdim etdiyi kitabları hərbi hissənin kitabxanasına təqdim edib.




19 Mar 2025
Cəmiyyət

İqtisadiyyat Nazirliyinin işçilərinin sayı artırılıb

İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 5 332-dən 5 402-yə çatdırılıb. 

19 Mar 2025
Cəmiyyət

Adil Kərimli vətəndaş qəbulu keçirib

Azərbaycan mədəniyyət naziri Adil Kərimli martın 19-da bir qrup vətəndaşın müraciətlərini dinləyib.

19 Mar 2025
Cəmiyyət

AQTA sədri vətəndaş qəbulu keçirəcək

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 3-ü saat 14:00-da vətəndaş qəbulu keçirəcək.

19 Mar 2025
Cəmiyyət

Bayram tətilindən sonrakı ilk dərs günü açıqlandı

Novruz bayramı ilə əlaqədar istirahət günlərindən sonra ilk dərs gününün vaxtı açıqlanıb.

19 Mar 2025
Cəmiyyət

Dini Komitənin sədri Abşeronda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov martın 19-da Abşeron rayonunda vətəndaşları qəbul edib.