Bilik Fondu aprel şəhidlərinin xatirəsini yad edib

Bilik Fondu aprel şəhidlərinin xatirəsini yad edib
04 2017 12:11

Azərbaycan Prezidenti yanında Bilik Fondu “Azərbaycan bayrağı”ordenli şəhid pilot Təbriz Musazadə" adına Təhsil və incəsənət hazırlıq mərkəzində aprel şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib.

Trend-in məlumatına görə, fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi şücaət, əsgər və zabitlərimizin qəhrəmanlığı haqqında danışıb. Bu döyüşlərin xalqımızın və ordumuzun savaş ruhunun, qələbə əzminin ifadəsi olduğunu söyləyib. Düşmənə ağır zərbələr endirmiş “Mi-24” helikopterinin şəhid pilotları – mayorlar Təbriz Musazadə, Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovun xatirəsinin daim yaddaşlarda qalacağını deyib. Mərkəzə kitablar hədiyyə edilib, vətənpərvərlik ruhlu tədbirlərə, xoş məramlı layihələrinə daim dəstək veriləcəyi bildirilib.

Mərkəzin təsisçi rəhbəri Pərişan Musazadə şəhidlərin xatirəsinə göstərdiyi ehtirama görə Bilik Fonduna təşəkkür edib. Təlim - tədris mərkəzində açılmış kurslara yazılanların gündən-günə artdığını, burada şəhid və qazi övladları üçün hazırlıq kurslarının ödənişsiz olduğunu deyib. O, yüksək ixtisaslı peşəkar mütəxəssislərin çalışdığı kollektiv üzvlərinin səyi ilə Mərkəzin paytaxt və regionlarda yaddaqalan tədbirlər keçirdiyini də vurğulayıb. Yaxın günlərdə Mərkəzdə aprel şəhidlərinin xatirə muzeyinin açılacağını bildirib.

Kurslarda təlim keçən məktəbli və gənclərin ifasında Azərbaycana, Şəhidlərə, Vətənə məhəbbət mövzusunda şeirlər, hərbi vətənpərvərlik ruhlu mahnılar səslənib, aprel şəhidlərindən bəhs edən film göstərilib.

Nərimanov rayonundakı Aşıq Molla Cümə küçəsində yerləşən Mərkəzin qarşısından keçən vətəndaşlar, ətraf məhəllələrdə yaşayan şəhər sakinləri də mərasimə qatılaraq şəhidlərə ehtiramlarını ifadə ediblər.


18 Mar 2025
Cəmiyyət

Şəkidə İlaxır çərşənbə adətləri

Bu gün Azərbaycanda Novruz bayramının dörd çərşənbəsindən sonuncusu - Torpaq çərşənbəsidir.

18 Mar 2025
Cəmiyyət

Sabah Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək - 19.03.2025

Azərbaycan ərazisində martın 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

18 Mar 2025
Cəmiyyət

Suqovuşanda məscid istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər.

18 Mar 2025
Cəmiyyət

Şuşada bayram yarmarkası keçirilir (FOTO)

Şuşa sakinləri uzun illərdən sonra baharın gəlişini doğma yurdlarında qarşılayırlar. Novruz bayramı münasibətilə Şuşa şəhərindəki “Güllü bağ”da bayram yarmarkası keçirilir.

18 Mar 2025
Cəmiyyət

Baş nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.