Bilgəhdə internat məktəbi yenidənqurmadan sonra istifadəyə verilib – FOTO

Bilgəhdə internat məktəbi yenidənqurmadan sonra istifadəyə verilib – FOTO
02 2017 09:14

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu gün Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Oxu.Az xəbər verir ki, yenidənqurma işləri çərçivəsində məktəbin həyətində geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb. Həyətdə uşaqlar üçün idman meydançaları, müxtəlif attraksion, qurğu və yelləncəklər qoyulub, balacaların istirahətinin mənalı təşkili üçün əyləncə-istirahət guşələri yaradılıb.

Binanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və ölkəmizi Birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada, həmçinin "Rəşadətli Azərbaycan Ordusu" fotostendi də var.

Bu məktəb 1961-ci ildən fəaliyyət göstərir. Hazırda internat məktəbində 945 şagird təhsil alır və onlardan 158 nəfəri xüsusi təhsilə cəlb olunub. 2016-2017-ci tədris ilində məktəbdə təhsil alan şagirdlər 59 sinif üzrə qruplaşdırılıb. Onlardan 38-i ümumtəhsil sinifləri, 21-i isə xüsusi siniflərdir. Ümumtəhsil siniflərində təlim Azərbaycan və rus dillərində aparılır. Müəssisənin yataq korpusunda 133 şagird yaşayır. Xüsusi siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlər on illik təhsil müddətini başa vurduqdan sonra şəhadətnamə alırlar.

Azərbaycanın Birinci vitse-prezidenti məktəbin animasiya studiyasında oldu. Burada uşaqlara kadrların hərəkət qaydaları, ssenari yazmaq, onu kadrlaşdırmaq, montaj işi və animasiyanın digər sirləri öyrədilir. Bildirildi ki, buradakı uşaqların işlərinin gələcəkdə beynəlxalq səviyyədə tanıdılması və müsabiqələrdə iştirakı nəzərdə tutulur.

Birinci vitse-prezident Mehriban Əliyeva uşaqların hazırladığı animasiya filminə baxıb.

Xüsusi təhsil proqramları ilə yanaşı, şagirdlər məktəbin tədris emalatxanalarında tikiş, naxışvurma, xalçaçılıq və dulusçuluq üzrə peşələrə yiyələnirlər. Şagirdlər, həmçinin məktəbdə “Bacarıqlı əllər” və rəsm dərnəklərində məşğul olurlar. İnternat məktəbində təsviri incəsənət kabineti də fəaliyyət göstərir. Bununla yanaşı, çətin həyat şəraiti olan ailələrdən 114 uşaq günərzi mərkəzə cəlb edilib. Məktəbdə uşaqların təlim-tərbiyəsi ilə 139 müəllim və tərbiyəçidən ibarət işçi heyət məşğul olur.

Şagirdlər Azərbaycanın Birinci vitse-prezidentinə xatirə hədiyyəsi təqdim ediblər.

Sonra xatirə şəkli çəkdirilib.

 


30 Mar 2023
Siyasət

Kamaləddin Qafarov: “31 Mart soyqırımı insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdəndir”

"Təxminən iki yüz il bundan əvvəl Rusiya imperiyasının maraqlarına uyğun olaraq Cənubi Qafqazda, tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər ötən iki əsr ərzində yerli sakinlərə - azərbaycanlılara qarşı olmazın cinayətlər törətmiş, kütləvi deportasiyalar, qətliamlar həyata keçirmişlər. 

30 Mar 2023
Siyasət

Aprelin 2-də 27 mindən çox abituriyent imtahana verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də növbəti imtahanları keçirəcək.

30 Mar 2023
Siyasət

Əminə Ərdoğan zəlzələ ilə əlaqədar Azərbaycanın dəstəyini yüksək qiymətləndirib

Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirib, göstərilən yardımlara görə təşəkkürünü ifadə edib.

30 Mar 2023
Siyasət

Ermənistan 704 yaşayış məntəqəmizin adını dəyişib - VİDEO

“Toponimlərimizin dəyişdirilməsi ötən əsrin 35-38-ci illərindən başlayıb”.

30 Mar 2023
Siyasət

Ərdoğan: “TANAP-dan Macarıstana təbii qazın çatdırılması üçün Azərbaycanla hər cür dəstəyi göstərməyə hazırıq”

“Biz TANAP-dan Macarıstana təbii qazın çatdırılması üçün Azərbaycanla hər cür dəstəyi göstərməyə hazırıq”.