Bəzi xərçəng növlərinin müalicəsində antibiotiklər mühüm rol oynayır

Bəzi xərçəng növlərinin müalicəsində antibiotiklər mühüm rol oynayır
02 2017 17:45

Böyük Britaniyadakı Mançester universitetinin professoru Maykl Lisanti xərçəngin müalicəsi sahəsində tədqiqatlarla məşğul olan həyat yoldaşı ilə birlikdə laborator testləri zamanı aşkar ediblər ki, bəzi ucuz və geniş istifadə olunan antibiotiklər ən təhlükəli xərçəng hüceyrələrini öldürməyə qadirdir.

AZƏRTAC onkonature.ru saytına istinadən xəbər verir ki, onların apardığı bir çox tədqiqat və araşdırmalar uğurlu nəticələr verib. Ümumiyyətlə, antibiotiklər ağciyər, döş, prostat vəzi, eləcə də bəzi çətin müalicə olunan beyin şişləri daxil olmaqla ən çox yayılmış xərçəng növlərində səmərəli təsir göstərir. Məsələn, sızanaqların müalicəsində geniş istifadə olunan Doksitsiklinin bu sahədə xüsusilə təsirli olduğu aşkar edilib. Üstəlik onun qiyməti də xərçəng əleyhinə dərmanlardan yüz və min dəfələrlə ucuzdur.

Bədxassəli şişlərin qurbanlarına yardım göstərən xeyriyyə cəmiyyəti aparılan tədqiqatın göstəricilərinə görə antibiotiklərin bir çox xərçəng hüceyrələrini məhv edərək xəstəliyin sağalmasında mühüm rol oynadığını təsdiq edir.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.