Bəzi məktəblərdə şagirdlərə isti yeməklər veriləcək

Bəzi məktəblərdə şagirdlərə isti yeməklər veriləcək
07 2017 10:59

Təhsil Nazirliyi birbaşa tabeliyində olan təhsil müəssisələrində təhsil, təlim və tərbiyə alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların 2017-ci ilin aprel-dekabr ayları ərzində keyfiyyətli hazır isti yeməklə təchizatı ilə bağlı iş və xidmətlərin satın alınması məqsədi ilə açıq tender keçirir.

Trend-in məlumatına görə, keyfiyyətli hazır isti yeməklə təchizat ilə bağlı iş və xidmətlər 51 təhsil müəssisəsini əhatə edəcək. Məktəblər Azərbaycanın müxtəlif bölgələrini əhatə edir.

Təhsil müəssisələrində təhsil, təlim və tərbiyə alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların keyfiyyətli hazır isti yeməklə təchizatı zamanı Nazirlər Kabinetinin 09.03.1994-cü il tarixli 103 nömrəli, 21.11.1994-cü il tarixli 402 nömrəli və 18.09.1995-ci il tarixli 206 nömrəli qərarları ilə müəyyənləşdirilmiş qida normativlərinə riayət olunmalıdır.

İddiaçılar tender təkliflərini martın 27-ə kimi tender komissiyasına təqdim etməlidirlər. Təkliflər zərflər açıldığı gündən sonra azı 30 bank günü qüvvədə olmalıdır.


30 Noy 2023
Cəmiyyət

Saatlı və Ağdaşda odlu silahlar polisə təhvil verilib - FOTO

Saatlı və Ağdaşda Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

30 Noy 2023
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 86 dolları keçib

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

30 Noy 2023
Cəmiyyət

Ceyhun Bayramov Skopyeyə işgüzar səfərə yola düşüb - FOTO

Noyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə işgüzar səfərə yola düşüb.