Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, həmçinin nazirliyin tabeliyində Yüksək Texnologiyalar Parkı - “YT Park” MMC “Golden Pay” şirkəti ilə birgə innovativ sahibkarlığa dəstək məqsədilə təlim keçirəcək. Martın 14-15-də Yüksək Texnologiyalar Parkında təşkil olunacaq tədbir startapçılar üçün nəzərdə tutulur.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlim təcrübəli mentor, biznes inkubasiya və innovativ mərkəzlərin inkişafında, həmçinin marketinq sahəsində konsultant olan İnqrid Rosten tərəfindən aparılacaq.
Təlimdə yerli startapçıların beynəlxalq təcrübə toplaması, qlobal satış və satış menecmenti, qlobal rəqabət qarşısında uğura nail olmağın yolları, satışların effektivliyinin artırılması imkanları üzrə mühazirələr nəzərdə tutulur.
Qeyd edək ki, İ.Rosten Amerikada Silikon Vadisində, NASA Kosmik Proqramında, həmçinin 30-dan çox beynəlxalq biznes mərkəzində mühazirələrlə çıxış edib.
Təlimçi Milli Biznes İnkubasiya Birliyinin (NBİA) və Elm Parkları və İnnovasiya Mərkəzlərinin Ekspert Qrupunun (SPİCE) üzvü, San-Xose Ticarət Palatasında, Silikon Vadisində beynəlxalq işlər üzrə direktor olub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.