Dekabrın 18-də İrana səfər edən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano prezident Həsən Ruhani ilə görüşüb.
Görüşdə Qərb ölkələri ilə İranın nüvə proqramına dair ötən ilin iyununda əldə etdiyi razılaşmanın yerinə yetirilməsi məsələsi müzakirə edilib.
Siyasi müşahidəçilər Y.Amanonun Tehrana gözlənilməz səfərini təsadüfi hesab etmirlər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ötən il İran İslam Respublikası ilə “altılıq” ölkələri arasında nüvə proqramına dair razılığın əldə olunmasına baxmayaraq, dekabrın 2-də ABŞ senatı İrana qarşı tətbiq edilən sanksiyaların əlavə 10 il müddətində qüvvədə qalması haqda qanun qəbil etdi. ABŞ prezidenti bu qanunu imzalamasa da daxili qaydalara görə qanun avtomatik olaraq qüvvəyə mindi. Buna cavab olaraq İran prezidenti hərbi və mülki gəmilərin atom enerjisi ilə işlədilməsi və bəzi elmi araşdırmaların davam etdirilməsi haqqında sərəncam imzaladı. Bu sərəncamlardan sonra BAEA İranın uranı zənginləşdirməyə başlamasından ehtiyat edib.
Prezidentdən əvvəl İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ilə görüşən Yukiya Amanonun diqqətinə çatdırılıb ki, İran nüvə proqramını məhdudlaşdırmaq üçün üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında yerinə yetirib.
Y. Amano nüvə anlaşmasının icrası prosesinin davam edəcəyinə inamını ifadə edib.
Ə.Ə. Salehi isə bildirib ki, qarşı tərəf razılaşmaya əməl etsə, İran bu razılaşmanı pozan tərəf olmayacaq.
Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra Perunun paytaxtı Limada keçirilən “İnternational challenge” seriyalı beynəlxalq turnirdə bürünc medal qazanıb.
Nigeriyanın şimal-şərqində “Boko Haram” terror təşkilatı mülki əhaliyə hücum aktı həyata keçirib.
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 276 270 hərbçisi məhv edilib.