Berlin və Vyana – “xeyirxah” və “zalım” müstəntiq oyunu

Berlin və Vyana – “xeyirxah” və “zalım” müstəntiq oyunu
14 Dek 2016 16:43

Türkiyənin Avropa İttifaqına daxil olması barədə danışıqlar aparıldığı üçün Avstriya Avropa İttifaqının genişləndirilməsinə dair ümumi qətnamə qəbul edilməsinə mane olur. AFR XİN yanında dövlət naziri Mixael Rot bu barədə dünən Brüsseldə məlumat verib.

Rotun sözlərinə görə, Avstriya nümayəndələri Aİ-nin Türkiyə ilə danışıqlarının dondurulmasını tələb edirlər, çünki onların fikrincə, Türkiyənin hakimiyyət orqanları müxalifətçi siyasətçilər və KİV-lərlə pis rəftar edirlər.

Almaniya da öz növbəsində qaçqınlar barəsində Türkiyə ilə sazişin neqativ nəticələrindən ehtiyat edərək bu cür tədbirlərin mümkünlüyünü qəti inkar edir. Mixael Rot deyib: “Avstriyanı təcrid olunmuş vəziyyətdən çıxarmaq üçün biz çox səy göstərdik”. Lakin onun sözlərinə görə, buna nail ola bilməyiblər.

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer dekabrın 12-də kəskin şəkildə bildirib ki, Türkiyənin Aİ-yə daxil olması barədə danışıqlar aparmaq məqsədəuyğundur. O, həmçinin Vyananın Ankara ilə danışıqların davam etdirilməsinə etiraz edəcəyini bildirən avstriyalı həmkarı Sebastyan Kurtsu tənqid edib.

Bəzi müşahidəçilər, o cümlədən bu sətirlərin müəllifi şübhə etmir ki, Vyananın və Berlinin bu cür “fikir ayrılığı” əslində əvvəlcədən razılaşdırılmış “xeyirxah” və “zalım” müstəntiq oyunudur. Bu oyunun məqsədi Ankaraya onu göstərməkdir ki, Aİ-də onun əleyhdarları çoxdur və azsaylı dostları tərəfindən danışıqların davam etdirilməsi uğrunda mübarizə aparmaq çox çətindir.

Türkiyənin Aİ-yə daxil olması barədə onunla danışıqlar 2005-ci ildə, yəni Ankara müvafiq xahişlə müraciət edəndən 18 il sonra başlanıb. Türkiyə Aİ-yə daxil olmaq üçün Avropa İttifaqının danışıq şərtləri adlandırılan 35 bənd üzrə normativlərini yerinə yetirməlidir. Brüsseldə isə belə hesab edirlər ki, Ankara həmin normativlərdən yalnız 16-nı təmin edib. Bu danışıqlarda əsas “məhək daşı” Kipr problemi və hərbi çevriliş cəhdindən sonra Türkiyənin hakimiyyət orqanlarının müxalifətə münasibətdə hərəkətləridir. Lakin Brüssel çevriliş cəhdindən əvvəlki bütün illər ərzində bu danışıqlarda tərəqqinin ləng getməsini çətin ki, izah edə bilər.


12 İyul 2024
Dünya

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğlərdə yardım göstərəcək

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğdə yardım göstərəcək.

12 İyul 2024
Dünya

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

12 İyul 2024
Dünya

Nepalda 2 avtobus çaya aşdı - 66 nəfər itkin düşdü

Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 66 nəfər itkin düşüb.

12 İyul 2024
Dünya

Ərdoğan Vaşinqtonda Makronla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında görüş baş tutub.

12 İyul 2024
Dünya

Kanada sahillərində güclü zəlzələ baş verib

Kanadanın Britaniya Kolumbiyası əyalətinin sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.