Bakıya ilk gəlişimi çox yaxşı xatırlayıram. O vaxt gecə yarısı gəlmişdim. Bu gün gündüz vaxtı gələrkən, təyyarədən də Azərbaycandakı ötən iki onillikdə baş verən inanılmaz dəyişikliyi, inanılmaz inkişafı görə bildim. Burada çox böyük irəliləyiş əldə edilib. Mən Sizin rəhbərliyinizi alqışlayıram. İsrail ilə Azərbaycan arasındakı tərəfdaşlığı və bunu gələcəyə doğru irəliləyişin bir parçası olaraq görməyinizə görə alqışlayıram.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında söyləyib.
Azərbaycan və yəhudi xalqlarının mənafeyi naminə əməkdaşlıq üçün bir çox sahələrin olduğunu qeyd edən Benyamin Netanyahu deyib ki, ölkələrimizin energetika sahəsində möhkəm əlaqələri var.
“Bu gün biz burada danışarkən İsrailin qaz idxalının Azərbaycandan Türkiyəyə inşası davam edən böyük boru xəttinə calaşdırılmasından söhbət edirik. Şübhəsiz, bu, hər iki ölkənin iqtisadiyyatını gücləndirə biləcək bir istiqamətdir. Düşünürəm ki, bu, daha böyük bir xidmət olacaq. Energetika bizim sıx şəkildə əməkdaşlıq etdiyimiz sahələrdən yalnız biridir”, - deyə İsrailin Baş naziri qeyd edib.
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və ssenarist, respublika Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Eldar Tofiq oğlu Quliyev 2021-ci il aprelin 16-da ömrünün 81-ci ilində vəfat edib.
Aprelin 16-da Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub.
Aprelin 16-da Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Pirşağı qəsəbəsində yenidənqurma və təmir-bərpa işlərinin təməlqoyma mərasimində iştirak ediblər.
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov və Erkin Qədirli qurumun yaz sessiyasında iştirak etmək üçün aprelin 17-dən 23-dək Strasburqda səfərdə olacaqlar.