Yaşıllıqların mühafizəsinə ictimai nəzarət "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxslərin və vətəndaş cəmiyyəti institutlarının, o cümlədən ictimai birliklərin təşəbbüsü əsasında təşkil olunur və həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 dekabr tarixli 526 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi Qaydası"nda əks olunub.
Qərarda qeyd edilir ki, yaşıllıqların mühafizəsinə ictimai nəzarət dövlət nəzarətinin həyata keçirilməsindən asılı olmayaraq aparılır. Yaşıllıqların mühafizəsini həyata keçirən istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr yaşıllıqların mühafizəsi, istifadəsi və bərpası üzrə tədbirləri tərtib edərkən fiziki və hüquqi şəxslərin, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən ictimai birliklərin rəy və təkliflərinə baxmalıdırlar.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57 vaksin vurulub.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.
Azərbaycan və Gürcüstan arasında sərmayələrin qarşılıqlı təşviqi imkanları müzakirə edilib.