Belarus İkinci Avropa Oyunları üçün fəaliyyət planını təsdiq edib

Belarus İkinci Avropa Oyunları üçün fəaliyyət planını təsdiq edib
24 2017 17:12

Belarusun Nazirlər Şurası 2019-cu ildə Belarusda keçiriləcək II Avropa Oyunlarının hazırlığı və keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqləyib.

REALPRESS.Az Trend-ə istinadən xəbər verir ki, baş nazir Andrey Kobyakovun sədrliyi ilə keçirilən iclasda həmçinin II Avropa Oyunlarının keçirilməsi ilə bağlı müqavilələr, oyunların proqramı, eləcə də idman obyektlərinin tikintisi kimi məsələlər nəzərdən keçirilib.

Belarus 2016-cı ilin oktyabrında Minskdə keçirilən Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 45-ci sessiyasında 2019-cu ildə II Avropa Oyunlarına ev sahibliyi etmək hüququ əldə edib.


12 May 2025
Dünya

Türkiyədə zəlzələ oldu

Türkiyənin Amasya vilayətində zəlzələ baş verib.

12 May 2025
Dünya

Hindistan Pakistana suyun verilişini bərpa etdi

Hindistan Çinab çayı bəndinin şlüzlərini açaraq, suyun yenidən Pakistana axmasına imkan verib.

12 May 2025
Dünya

Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Suriya Ərəb Respublikasının xarici işlər naziri Əsəd Həsən Əl-Şaybani ilə görüşüb.

12 May 2025
Dünya

Türk ölkəsində güclü zəlzələ oldu

Qırğızıstanda 4.5 maqnitudalı zəlzələ baş verib.

12 May 2025
Dünya

Şri-Lankada sərnişin avtobusu dərəyə aşıb: 21 ölü, 14 yaralı

Şri-Lankada baş verən ağır yol qəzası nəticəsində 21 nəfər həyatını itirib, 14 nəfər isə xəsarət alıb.