Baza ali tibb təhsili əsasında hazırlanan həkim-mütəxəssislərin dövri attestasiyası testlə keçiriləcək

Baza ali tibb təhsili əsasında hazırlanan həkim-mütəxəssislərin dövri attestasiyası testlə keçiriləcək
30 2017 16:06

Səhiyyə naziri Oqtay Şirəliyev "Rezidentlərin (rezidentura - tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığının forması - red.) dövri attestasiyasının keçirilməsi barədə" əmr imzalayıb. APA-nın xəbərinə görə, əmrə əsasən rezidentlərin (Naxçıvan Dövlət Universitetinin rezidentləri istisna olmaqla) dövri attestasiyası hər təhsil ilinin sonunda Azərbaycan Tibb Universitetinin (ATU) Virtual Test Mərkəzində kompüter vasitəsilə test üsulu ilə keçiriləcək.

Respublikanın aparıcı mütəxəssisləri cəlb edilərək müvafiq kafedralar tərəfindən dövri attestasiya sualları hazırlansın və mütəmadi olaraq yenilənsin.

Hər tədris ili üçün müxtəlif ixtisaslar üzrə dövri attestasiyanın keçirilməsi qrafiki hazırlanaraq təsdiq olunub klinik bazalara göndəriləcək.

Dövri attestasiyasının nəticələri imtahanın keçirilməsindən 4 gün iş günündən gec olmayaraq klinik bazalara təqdim olunacaq.

Hər təhsil ilinin sonunda fərdi iş planlarının yerinə yetirilməsi ilə bağlı kuratorların və şöbə müdirlərinin iştirakı ilə elmi (tibbi) şurada rezidentlərin hesabatları dinləniləcək, fərdi iş planını yerinə yetirmiş və hesabatı məqbul hesab edilən rezidentlər dövri attestasiyaya buraxılacaq.

Dövri attestasiyalara buraxılan rezidentlərin siyahısı elmi (tibbi) şuranın müvafiq iclasının keçirilməsindən 5 gün iş günündən gec olmayaraq ATU-ya təqdim olunmalıdır.

Qeyd edək ki, səhiyyə naziri bu əmri rezidentlərin dövri attestasiyasının mərkəzləşdirilmiş qaydada keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 4.3 və 4.4-cü bəndlərini və Azərbaycan prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli fərmanı ilə təsdiq edilmiş Səhiyyə Nazirliyi haqda Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq imzalayıb.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.