Yeni il bayramı günlərində Tailand yollarında baş verən yol-nəqliyyat hadisələri nəticəsində 478 nəfər həlak olub.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, yol hərəkəti qurbanlarının hesabatı dekabrın 30-dan aparılmağa başlayıb. Həlak olanların ümumi sayı 2016-cı ilin müvafiq dövrünün kədərli statistikasını xeyli üstələyib. O vaxt baş verən qəzalarda 380 nəfər həyatını itirmişdi.
Yol-nəqliyyat hadisələrinin əsas səbəbi nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi olub. 2016-cı il dekabrın 29-dan 2017-ci il yanvarın 4-dək Tailandda 67 mindən çox sərxoş sürücü həbs edilib, bu səbəbdən 4 minə yaxın nəqliyyat vasitəsi müsadirə olunub.
Xatırladaq ki, Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına əsasən, Tailand yolları ölüm hadisələrinin sayına görə dünyada ikinci yeri tutur.
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 7-də Rusiyaya işgüzar səfərə gedib.