Dekabrın 12-də Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulluğu ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirib.
Baş konsul Rəşad İsmayılov tədbiri açaraq Heydər Əliyev şəxsiyyətinin miqyasını və unikallığını, Azərbaycanın təşəkkülünə və inkişafına verdiyi böyük töhfəni, onun dünya miqyasındakı nüfuzunu, ölkənin milli mənafelərinin qorunmasında məqsədyönlü mövqeyini, yüksək insani keyfiyyətlərini qeyd edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin parçalanmasının qarşısını alıb, ölkəmizdəki vətəndaş birliyini dünyaya nümayiş etdirib.
Baş konsul, həmçinin Ümummilli Liderin cismən aramızda olmadığı son 13 ildə onun ən layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyini, xalqımızın inanılmaz tərəqqiyə şahid olduğunu və Azərbaycanın malik olduğu geosiyasi qüdrətin real gücə arxalandığını qeyd edib.
Tədbirdə Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze, muxtar respublikanın səhiyyə və əhalinin sosial müdafiəsi naziri Levan Gorgiladze, digər dövlət və hökumət rəsmiləri, Türkiyənin baş konsulu Yasin Temizkan, Batumi Dövlət Universitetinin rektoru Merabi Xalvaşı, “Ajara PS” televiziyasının rəhbəri Jemal Meqrelidze, “SOCAR-Georgia” şirkətinin əməkdaşları, ziyalılar və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Zurab Pataradze çıxış edərək əfsanəvi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən danışıb.
Sonda ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən sənədli film nümayiş etdirilib.
“Fəaliyyət müddətində siz Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüsünüz, səylər göstərmisiniz və bu gün bu əlaqələr ən yüksək zirvədədir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə başsağlığı məktubu ünvanlayıb.