Baskların ETA terror qruplaşmasının yaraqlıları aprelin 8-dək tam tərksilah olunmaq üzrə planlarını reallaşdırmaq niyyətindədir. Bunu İspaniya hökuməti və qruplaşma arasında danışıqlara yaxın olan mənbə bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yaxın vaxtlarda ETA-nın gizli silah anbarlarının yeri haqda məlumat verəcəyi bildirilir. Onların bir hissəsi Fransa ərazisində yerləşir və yerli hüquq müdafiə təşkilatları müsadirə olunan silah-sursatın İspaniyaya deyil, Fransa hökumətinə təhvil verilməsini istəyir.
1959-cu ildə qurulan ETA təşkilatı (“Basklar ölkəsi və azadlıq”) İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşən bask ərazilərinin müstəqilliyinə çalışır. Qruplaşmanın təşkil etdiyi terror aktları nəticəsində indiyə qədər 800 nəfərdən çox insan həyatını itirib. 2011-ci ildə silahlı mübarizənin dayandırılması elan olunsa da, İspaniya və Fransanın hüquq-mühafizə orqanları qruplaşma üzvlərini təqib etməkdədir.
“Hazırki vəziyyət soyuq müharibə dövründəkindən daha təhlükəli görünür”.
ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak yaxın vaxtlarda ABŞ və Ukrayna prezidentləri Cozef Bayden və Volodimir Zelenski arasında danışığın təşkilini zəruri hesab edirlər.
ABŞ tərəfindən Əfqanıstanda keçirilən antiterror əməliyyatı nəticəsində “Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahiri öldürülüb.