Baş nevroloq: Qəflətən yaranan baş ağrıları beyin şişlərinin ilkin əlaməti ola bilər

Baş nevroloq: Qəflətən yaranan baş ağrıları beyin şişlərinin ilkin əlaməti ola bilər
05 2017 15:55

Son zamanlar hər kəsi narahat edən və müxtəlif xəstəliklərin təzahürü kimi meydana çıxan əlamətlərdən biri də baş ağrılarıdır. Bunun səbəbləri nədir?

AZƏRTAC xəbər verir ki, bu və ya digər suallara Səhiyyə Nazirliyinin baş nevroloqu, Azərbaycan Tibb Universitetinin I nevrologiya və tibbi genetika kafedrasının müdiri, professor Şərif Mahalov aydınlıq gətirib. “Baş ağrılarının səbəbləri çoxdur. Arterial təzyiqin dəyişməsi, baş beyinin iltihabı, travması və şişləri, nevralgiyalar, vegetativ disfunksiya, günvurma və istivurma əsas səbəblərdir. Baş ağrıları uzunmüddətli, göynədici, kəskin, eyni zamanda, dözülməz olmaqla bütün başı əhatə edə və ya ancaq gicgah nahiyəsində lokallaşa bilər. İkitərəfli göynədici baş ağrıları adətən yuxudan sonra səhər saatlarında meydana gəlir və gicgah nahiyələrini əhatə edir”, - deyə Ş.Mahalov bildirib.

Baş nevroloq qeyd edib ki, son vaxtlar geniş yayılmış psixogen baş ağrıları əsasən psixiki və fiziki xarakterli gərginlik, o cümlədən həyəcan vəziyyətində və depressiya zamanı yaranır. Belə hallarda ağrının xarakterini təsvir etmək çətin olur. Ağrı göynədici, sıxıcı olmaqla ənsə, alın və ya gicgah nahiyələrini, həmçinin basin hər yerini əhatə edir. Xorton (histamin ) baş ağrıları isə periodik olaraq qısa tutmalarla (15 dəqiqə - 2 saat) təzahür edir. Belə baş ağrıları ya gecə vaxtı, ya da səhər yaranır. Ağrı çox güclü, yandırıcı, deşici olur, qəflətən əmələ gəlir və başın bir tərəfində göz nahiyəsində məhdudlaşır. Xorton baş ağrıları əsasən 20 yaşdan yuxarı kişilərdə rast gəlinir. Əgər baş ağrıları zökəm əlamətləri ilə təzahür edirsə, bu hal beyin qişalarının iltihabı - meningit haqqında düşünməyə əsas verir. Meningit zamanı baş ağrıları güclü olur, gözə təzyiq edə, ürəkbulanma və qusma ilə müşayiət oluna bilər.

Onun sözlərinə görə, qəflətən başalayan kəskin baş ağrıları beyinə qansızma zamanı yaranır. Bu hal əsasən arterial təzyiqin yüksəlməsi və beyin damarlarının aterosklerozu zamanı ortaya çıxır. Ona görə belə hallarda təcili yardımı vaxtında çağırmaq lazımdır. Əgər baş ağrısı qəflətən, müntəzəm və intensiv olursa, nevroloqa müraciəti gecikdirmək olmaz. Belə ağrı baş beyin şişlərinin ilkin əlaməti də ola bilər.

Baş nevroloq bildirib ki, toksiki baş ağrıları bəzi maddələrlə zəhərlənmələr və ya dərman preparatlarının qəbulundan sonra yaranır. Axıcı baş ağrıları isə tam sağlam insanlarda qapalı məkanlarda beyinə oksigen çatışmazlığı nəticəsində yaranır. Buna dəm qazı, avtomobil qazları, boya buxarlanması, kəskin ətirlər səbəb ola bilər.

Baş ağrıları zamanı müxtəlif dərmanlardan istifadə etməyin təhlükəsinə gəlincə, həkim vurğulayıb ki, belə vəziyyətdə çoxlu miqdarda ağrıkəsici preparatlar qəbul etmək təhlükəlidir. Bu, ciddi fəsadlarla nəticələnə bilər. Bundan başqa, analgetiklərin uzunmüddətli qəbulu baş beyinin ağrı əleyhinə mərkəzinin süstləşməsinə və yeni azbus (dərmanlar tərəfindən törənən) baş ağrılarının meydana gəlməsinə səbəb ola bilər. “Baş ağrılarının profilaktikası məqsədilə beyin damarlarını yüngül ovuşdurmaq, təmiz havada gəzmək lazımdır. Dərmanlardan hədsiz dərəcədə istifadə etmək məsləhət görülmür. Əgər baş ağrısı keçmirsə, özbaşına müalicə ilə məşğul olmaq əvəzinə gecikmədən nevroloq-həkimə müraciət etmək lazımdır”, - deyə Ş.Mahalov əlavə edib.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.