Baş nazirin müavini: “Dərman qıtlığı yox, insanların alışdığı adda dərmanların tapılmaması məsələsi var"

Baş nazirin müavini: “Dərman qıtlığı yox, insanların alışdığı adda dərmanların tapılmaması məsələsi var"
08 2017 13:50

 

APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov dərman qıtlığı ilə bağlı sualı cavablandırarkən deyib. O bildirib ki, bu səbəblə dərmanların Azərbaycanda istehsal olunması üçün ciddi işlər görülür: “Biz dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi addımını atdıqdan sonra dərman bazarında müəyyən proseslər baş verib, məsələn, müəyyən adamların vərdiş etdikləri dərman adlarından fərqli olaraq, eyni tərkibdə başqa dərmanların gətirilməsi ilə əlaqədar anlaşılmazlıqlar yaranıb. Bizdə insanlar adətən adına alışdıqları dərmanları axtarırlar. Amma eyni tərkibdə, eyni təsir gücünə malik olan başqa dərmanlar da var. Güman edirəm ki, yaxın zamanda Azərbaycanda bu məsələ də həllini tapacaq. Yəni, Azərbaycanda dərman qıtlığı yox, insanların alışdığı dərman adlarının tapılmaması məsələsi var. Mən xahiş edərdim ki, dərmana ehtiyacı olan vətəndaşlarımız öz həkimləri ilə məsləhətləşib, ehtiyac duyduqları dərmanların başqa adla apteklərdə olduğunu bilsinlər”.


24 Yan 2025
Siyasət

"Azəriqaz"ın rəhbəri Salyan sakinləri ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Salyan rayonunun sakinləri ilə görüşüb.

24 Yan 2025
Siyasət

Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Baş nazir Əli Əsədov Azərbaycanda fəaliyyət müddəti bitən Belarusun səfiri Andrey Ravkov ilə görüşüb.

24 Yan 2025
Siyasət

Azərbaycan Quru Qoşunları komandanı Türkiyədə rəsmi səfərdədir

Yanvarın 24-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib.

24 Yan 2025
Siyasət

Saleh Məmmədov Sabirabadda vətəndaşları qəbul edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Sabirabadda vətəndaşları qəbul edib.

24 Yan 2025
Siyasət

Sahibə Qafarova Cahit Bağçını qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Türkiyənin Bakıdakı səfiri Cahit Bağçını Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.