Baş nazirin müavini: “Azərbaycan dövləti vətəndaşlar üçün bütün imkanları yaradıb”

Baş nazirin müavini: “Azərbaycan dövləti vətəndaşlar üçün bütün imkanları yaradıb”
10 2017 15:01

“Dünyada olan qlobal problemlər hər kəsi narahat edir. Biz bu problemlərin həllinə birgə çalışmalıyıq. Buna baxmayaraq, Azərbaycanda sabit şərait var. Dövlət vətəndaşlar üçün bütün imkanları yaradıb. Dünyanın heç də hər yerində insanlar təhsil ala bilmirlər. Elə ölkələr var ki, orada insanlar heç normal qidalana da bilmirlər”.

“Report”un xəbərinə görə, bunu baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov 132-134 saylı məktəb kompleksində dayanıqlı inkişafla bağlı keçirilən açıq dərs zamanı deyib.

O bildirib ki, dünyada qanlı toqquşmalar davam edir: “Bir neçə gün öncə, Suriyada xeyli uşaq həyatını itirdi. Dünyada bir çox ölkələr inkişaf edir, insanların həyat şəraiti yaxşıdır. Elə ölkələr də var ki, orada vəziyyət acınacaqlıdır”.

Onun sözlərinə görə, Azərbaycan dövlət səviyyəsində qlobal problemlərin həllinə dəstək verir: “Yaxşı təhsil, savad ölkənin inkişafına zəmin yaradır. Ölkəmizdə nə qədər savadlı insan olarsa, inkişaf bir o qədər sürətli olar. Bir insanın xoşbəxtliyi odur ki, o, həm də qarşıdakını xoşbəxt görür. Biz istəyirik ki, dünyanın hər yerində inkişaf olsun, sabitlik olsun, aclıq, toqquşmalar olmasın”.

Ə.Əhmədov qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələri təhsilə üstünlük verirlər: “O yer də ki, səfalət, toqquşmalar var, orada təhsil yoxdur. Azərbaycan cəmiyyəti dünyanın problemlərinə həssas yanaşır. Dünyanın hər yerində ədalət bərqərar olmalıdır”.

Baş nazirin müavini Dağlıq Qarabağ probleminə toxunub: “Əgər biz Afrikada və digər ərazilərdə ədalətin bərpa olunmasını istəyiriksə, özümüzə də ədalət tələb edirik. Azərbaycanın Dağlıq Qarabağ ərazisi işğal olunub, bu məsələnin həllində dünya birliyinin ədalətli olmasını istəyirik”.


2 Dek 2024
Siyasət

MSK bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət etməyəcək

Bələdiyyə seçkilərinə xaricdən heç bir müşahidəçi dəvət edilməyəcək.

2 Dek 2024
Siyasət

Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə tədbirlərinin formatı dəyişdiriləcək

Bələdiyyə seçkiləri ilə əlaqədar keçirilən maarifləndirmə tədbirlərinin formatı dəyişdiriləcək.

2 Dek 2024
Siyasət

İlham Əliyev Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Qvineya-Bisaunun Ətraf mühit naziri Viriato Kassama da daxildir.

2 Dek 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu Cəbrayıl şəhərinə yola salındı

Cəbrayıl şəhərinə növbəti köç karvanı Bakının Qaradağ rayonundan yola salınıb.