Təəssüflər olsun ki, vətəndaşlar poliklinikaya aid olan xidmətləri də təcili tibbi yardımdan tələb edirlər. Bəzi şəxslər poliklinikada vaxtını itirmək istəmirlər, əvəzində isə briqadanı öz qapılarına çağırırlar”.
Bunu Trend-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
R.Nağıyev qeyd edib ki, stansiyaya gün ərzində daxil olan çağırışların təqribən 35-40 faizi təcili yardım xidmətinə aid olur. Müraciətlərin qalanları təxirəsalınmaz hallar və poliklinika xidmətləri ilə bağlı olur: “Təcili yardım çağırışı qısa müddət ərzində xəstənin həyatına müdaxilə olunmadığı təqdirdə sonu ağır nəticələnə bilən müraciətlərdir. Belə müraciətlər olarkən qısa müddətdə - 15 dəqiqə ərzində hadisə yerinə çatma işini təşkil edirik. Təxirəsalınmaz tibbi yardım isə odur ki, 1 saat ərzində xəstənin həyatına müdaxilə olunmazsa, onun vəziyyəti təcili yardım vəziyyətinə gəlib çata bilər, yəni vəziyyəti ağırlaşar. Qanunla təcili yardım hər bir müraciətə cavab verməlidir. Biz çalışırıq ki, heç bir müraciət cavabsız qalmasın. Ancaq poliklinika xidmətləri ilə bağlı edilən müraciətlər də istər-istəməz işimizə təsir göstərir və nəticədə təcili yardım işini öz istiqaməti üzrə qura bilmir”.
Bu ilin ilk dörd ayında Azərbaycan xaricdən 37,165 milyon ABŞ dolları dəyərində 6 min 848 ton kərə yağı alıb.
Bakı-Füzuli istiqamətində yola düşən ilk müntəzəm sərnişin avtobusu mənzil başına çatıb.
Azərbaycan Respublikasında 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 25-də SMS vasitəsilə məlumatlandırılıblar.