Baş həkim: Mehriban Əliyevaya xalq da kömək etməlidir

Baş həkim: Mehriban Əliyevaya xalq da kömək etməlidir
27 2017 09:29

Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanın gələcəyi ilə bağlı təsəvvürlərinin gerçəkləşməsinə xalq da kömək etməlidir.

Bunu Trend-ə Milli Onkologiya Mərkəzinin baş həkimi, Respublikanın əməkdar həkimi Azad Kərimli deyib.

M.Əliyevanın Birinci vitse-prezident seçilməsini çox gözəl və düzgün addım hesab edən baş həkim bildirir ki, M.Əliyevanın bu postda olduğu dövrdə bütün sahələrdə, o cümlədən də səhiyyədə müsbət dəyişikliklər olacaq:

“Səhiyyə sahəsində də çox böyük inkişaf olacaq. Çünki o, özü də gözəl həkimdir, Azərbaycan səhiyyəsinin imkanlarını gözəl bilir. Ona görə də biz yalnız yaxşı dəyişikliklər gözləyirik”.

Baş həkim qeyd edib ki, M.Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyinatı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən vaxtında və düzgün verilmiş qərardır: "Mehriban Əliyeva gəncdir, işgüzardır, ona tapşırılan işin öhdəsindən layiqincə gələcək. Əlbəttə ki, xalq da ona kömək etməlidir. Hamı ona yardım etməlidir. Bu vaxta kimi o, həmişə öz köməyini xalqın üzərindən əskik etməyib. O, hər bir zaman əlindən gələn köməyi edib. Bundan sonra da xalq ona kömək etməlidir ki, o, Azərbaycanın gələcəyi ilə bağlı təsəvvürlərini həyata keçirsin. Ona ancaq uğurlar arzulaya bilərik”.


30 Noy 2023
Cəmiyyət

Saatlı və Ağdaşda odlu silahlar polisə təhvil verilib - FOTO

Saatlı və Ağdaşda Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

30 Noy 2023
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 86 dolları keçib

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

30 Noy 2023
Cəmiyyət

Ceyhun Bayramov Skopyeyə işgüzar səfərə yola düşüb - FOTO

Noyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə işgüzar səfərə yola düşüb.

29 Noy 2023
Cəmiyyət

Daha 17 ailə Laçına çatıb, onlara mənzillərinin açarları təqdim olunub - FOTO/VİDEO

Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb.