Yanvarın 13-də Azərbaycan Respublikası baş prokurorunun müavini Namiq Əsgərov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Ştefan Şennakın və Sezar Florin Predanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, AŞPA ilə müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə sıx əməkdaşlıq etdiyini bildirən Namiq Əsgərov Azərbaycanın Avropa Şurasına üzv qəbul olunduqdan sonra ölkəmizdə həyata keçirilən hüquqi islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən genişmiqyaslı işlər barədə ətraflı məlumat verib.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza, prokurorluq orqanlarının strukturunun daha da təkmilləşdirilməsi istiqamətində aparılan köklü islahatlar, o cümlədən şəffaf prosedurlar əsasında test yolu ilə qulluğa qəbul edilmiş gənc hüquqşünasların prokurorluğun kadr korpusunun yarıdan çoxunu təşkil etməsi müsbət hal kimi dəyərləndirilib.
AŞPA ilə Azərbaycan Respublikası arasında əməkdaşlıqdan və bu əlaqələrin daha da inkişaf etdirilməsindən məmnunluqlarını ifadə edən qonaqlar ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində atılan addımları, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları, xüsusilə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işləri yüksək qiymətləndiriblər.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub, tərəfləri maraqlandıran suallar və digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Tədbirdə Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç də iştirak edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumatlandırıb.
Fevralın 5-də saat 09:00-dan 16:00-dək Bakıda, Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 4 marşrutun hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.