Banklarda Dolların ucuzlaşması davam edir.
Dünən bəzi banklarda Dolların alışı 1.65 manatadək (Bank BTB), satışı isə 1.7290 manatadək (Unibank) düşmüşdü. Bu gün digər banklar da məzənnələrini rəqiblərində olduğuna yaxınlaşdırmağa başlayıblar.
“Marja” xəbər verir ki, dünən ilə müqayisədə bu gün NikoylBank Dolların alış qiymətini 1.67 manatdan 1.66 manata, satışı isə 1.75 manatdan 1.74 manata, NBC Bank alışı 1.70 manatdan 1.68 manata, satışı isə 1.7450 manatdan 1.73 manata, GünayBank alışı 1.71 manatdan 1.7050 manata, satışı isə 1.73 manatdan 1.7280 manata, Bank Respublika alışı 1.68 manatdan 1.67 manata, satışı isə 1.75 manatdan 1.7350 manata endirib.
KapitalBank Dolların alış qiymətini 1.70 manatdan 1.69 manata, satış qiymətini isə 1.7490 manatdan 1.7340 manata endirib.
Azərbaycanda xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq sortları yaradılacaq.
Azərbaycan neftinin qiyməti 4 faizə qədər artıb.