Bu gün Azərbaycanın bir çox banklarında dollar və avronun satış və alış qiymətlərinin aşağı düşməsi müşahidə olunur. Fins.az xəbər verir ki, səhər saatlarında 1 dollar 1.68 manatdan yüksək alınır, 1.82 manatdan yüksək satılır, 1 avro 1.73 manatdan yüksək alınır, 1.98 manatdan yüksək satılır.
Araşdırmaya əsasən, dolları və avronu ən aşağı qiymətə alan “Bank of Baku”dur. 1 dolları 1.68 manata, 1 avronu 1.73 manata alır.
Dünən dolları ən ucuz alan “Nikoil Bank” olub. Bank dolları 1.7 manata, 1 avronu 1.8 manata alır.
“Unibank” dolları 1.75 manata alır, 1.829 manata satır, “Turanbank” dolları 1.73 manata alır, 1.83 manata satır.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.