“Marja” xəbər verir ki, 5000 dollar limitlə ABŞ valyutası satan Yapı Kredi Bank Azərbaycan, Dolların satış qiymətini 1.7450 manata endirib.
Günorta saatlarında, limitsiz valyuta satan NBC Bank Dolları 1.7590 manata, GünayBank 1.7570 manata endirib.
Limitsiz Dollar satan Kapital Bank alış qiymətini 1.73 manatdan 1.72 manata, satış qiymətini isə 1.78 manatdan 1.76 manata salıb.
Dolların satış qiyməti Bank Silk Vey-də 1.76 manatdan 1.7580 manata, Bank BTB-də 1.7650 manatdan 1.7550 manata, AzərTürkBank-da 1.78 manatdan 1.7650 manata düşüb.
Qeyd edək ki, bir sıra banklar Dolları əhalidən 1.68-1.70 manat səviyələrindən almağa başlayıblar. Məsələn, Bank BTB bu gün dolları1.68 manata alır. Dolları AcessBank 1.6880 manata, UniBank, Ziraat Bank, Unibank, ExpressBank, Azərbaycan Sənaye Bankı, AFB Bank isə 1.70 manatda alırlar.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.