Almaniya polisi bir gün əvvəl “Sparkasse” bankının Duysburq şəhərindəki filiallarından birinə silahlı hücum etmiş cinayətkarları axtarır. Bankın binasının yaxınlığında tutulan iki şübhəli azad edilib, çünki onların barəsində şübhələr təsdiqini tapmayıb. Bu barədə məlumatı Assoşieyted Press agentliyi polis nümayəndəsinə istinadla yayıb.
Hazırda polis qırmızı rəngli “VW Golf” markalı avtomobili axtarır. Şahidlərin sözlərinə görə, içərisində cavan adamlar olan bu maşını banka hücumdan bir qədər əvvəl onun binası qarşısında görüblər. Polis məlumat verib ki, iri məbləğdə pul ələ keçirən qarətçilər qaçıb gizlənə biliblər. Daha dəqiq məlumat açıqlanmır. “Sparkasse”nin Duysburq filialı müvəqqəti bağlanıb. Hücumun şahidlərinə və zərər çəkən əməkdaşlara psixoloji yardım göstərilir.
Gürcüstanda koronavirusun Britaniya ştammına 31 yoluxma halı təsdiqlənib.
Dünya pandemiyanın öhdəsindən 2022-ci ilin əvvəlində gələcək, lakin bu, koronavirusun yox olacağı demək deyil.
Əfqanıstanın şimalındakı Bədəxşan vilayətindəki dağlıq ərazidə qar uçqunu baş verib.