Bank sədri: “Manat tarazlığını tapıb, bahalaşmağa davam edəcək”

Bank sədri: “Manat tarazlığını tapıb, bahalaşmağa davam edəcək”
06 2017 10:30

“Manatın bügünkü məzənnəsi stabildir, milli valyutamız tarazlığını tapıb. Bu vəziyyət iqtisadiyyata da müsbət təsir edir”.

Bunu APA-ya açıqlamasında “AGBank” ASC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov deyib.

Onun sözlərinə görə, artıq manatın məzənnəsində volatillik gözləməyə dəyməz: “O dövr arxada qaldı. Manatın məzənnəsi tarazlığını taparaq iqtisadiyyata müsbət təsir edir. İstənilən halda, güclü manat güclü iqtisadiyyatın göstəricisidir”.

Bankirin proqnozuna əsasən, manat möhkəmlənməkdə davam edəcək. “Manatın güclənməsi iqtisadiyyat, o cümlədən banklar üçün lazımdır. Sirr deyil ki, bankların aktivlərində və öhdəliklərində dollarlaşma kifayət qədərdir. Manatın güclənməsi öhdəliklərin vaxtında yerinə yetirilməsinə kömək edəcək. Bununla yanaşı, banklar üçün xarici öhdəliklərin yerinə yetirilməsi çox çətindir”, – deyə o bildirib.

Ə. Cəlilov əlavə edib ki, bu gün manatın ucuzlaşması üçün heç bir əsas yoxdur: “Olsa belə, çox cüzi olacaq. Artıq manatın məzənnəsi müəyyən dəhliz daxilində hərəkət edir”.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.