Balığın insan beyninə faydaları nələrdir?

Balığın insan beyninə faydaları nələrdir?
06 2017 15:58

Adətən balığın uşaqlara tərkibində mövcud beyin üçün faydalı fosforun çox miqdarda olduğu üçün verildiyi bilinir. Lakin ABŞ-ın Şimali Karolina Universitetinin alimləri müəyyən ediblər ki, beyinə birbaşa təsir edən balığın tərkibindəki Omega-3 yağ turşusu, daha dəqiq dokozageksaen turşusudur. Dokozageksaen Omega-3-ün tərkibində olan iki yağ turşusundan biridir ki, sinir hüceyrələrinin membranı 20 faizini bu maddə təşkil edir.

Turşular sinir hüceyrələri arasında məlumatın ötürülməsində aparıcı rol oynayır ki, onların azlığı bu prosesin ləngiməsinə səbəb olur.

AZƏRTAC “Arqumentı nedeli” saytına istinadla xəbər verir ki, 7-12 yaş arası uşaqlarda bu maddəni az qəbul etdikdə digərlərinə nisbətən dərslərində geriləmə müşahidə edilir. Məhz bu yaşlarda beyin strukturu yenidən biçimlənir. Bu baxımdan lazimi maddələrin qəbulu əqli fəaliyyətin düzgün inkişafı üçün çox vacibdir.

Alimlər bildiriblər ki, Omega-3 preparatının mövcud olmasına baxmayaraq onun təbii mənbələrdən qəbul edilməsi daha məqsədə uyğundur. Təbiətdə bu maddənin mənbəyi dəniz məhsullarıdır.


13 Dek 2024
Səhiyyə - Sağlamlıq

Qripi özümüzdən uzaq tutaq!

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.