Bakının ən ucuz bazarlarında ərzaq qiymətləri (FOTO)

Bakının ən ucuz bazarlarında ərzaq qiymətləri (FOTO)
27 Dek 2016 08:53

Yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına tələbatı artıb.
BAKU.WS–in məlumatına görə, Yeni ildə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Kənd Təsərüffatı Məhsullarının Satış Yarmarkaları təşkil olunur. Biz də bayram ərəfəsində bu yarmarkalara baş çəkərək qiymətlərə nəzər saldıq.
Kənd Təsərüffatı Məhsullarının Satış Yarmarkalarından biri Nərimanov rayonu “Keşlə” bazarının yerində təşkil olunub. Baş çəkdiyimiz yarmarkadakı ərzaqların qiymətlərini sizə təqdim edirik:
Kartof – 70 – 80 qəpik
Soğan 3 kq- 1 AZN
Alma (Palmet) 3 kq- 1 AZN
Alma (Qızıl Əhmədi)- 1,50 AZN
Mandarin- 1,50 AZN
Apelsin-1,50 AZN
Qoz, Fındıq- 6 AZN
Yumurta (Giləzi)- 15 qəpik
Kök- 90 qəpik
Kələm- 40 qəpik
Göyərti 8 dəstəsi- 1 AZN
Nar-1,5 AZN
Kənd toyuğu 1 kq- 5 AZN
Giləzi toyuğu- 3,40 AZN
Qeyd edək ki, 24-31 dekabr  2016-cı il tarixlərində fasiləsiz olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub. Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:
Bakı şəhəri üzrə:
  
Xətai rayonu:
-Məzahir Rüstəmov  küçəsi, Bakı kinoteatrının yaxınlığı 
 
Nərimanov rayonu:
-Keşlə bazarının ərazisi;
 
Səbail rayonu:
-Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası
 
Suraxanı rayonu:
-Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı  Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı
 
Binəqədi rayonu :
-Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.
 
Sumqayıt şəhəri üzrə (2 yerdə):
 
 -12-ci mikrorayon
 -köhnə avtovağzalın yanı
Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.




13 Yan 2026
Cəmiyyət

Azərbaycan 3 ölkədən təbii bal tədarükünü bərpa edib

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 478 min ABŞ dolları dəyərində 85,3 ton təbii bal idxal edib.

13 Yan 2026
Cəmiyyət

Sumqayıtda silah-sursat tapılıb

Sumqayıt şəhərində qanunsuz silah-sursat aşkar olunub.

13 Yan 2026
Cəmiyyət

Bu ayın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının pensiyaları ödənilib.

13 Yan 2026
Cəmiyyət

Sabah Bakıya sulu qar yağacaq, güclü külək əsəcək - 14.01.2026

Azərbaycanda yanvarın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

13 Yan 2026
Cəmiyyət

Biləsuvarda zəlzələ olub

Biləsuvar rayonunda zəlzələ qeydə alınıb.