Bakının bahalı avtomobil nömrələri – SİYAHI + QİYMƏT

Bakının bahalı avtomobil nömrələri – SİYAHI + QİYMƏT
25 2017 14:25

Bakının mərkəzi küçə və prospektlərində şütüyən son model avtomobillərə tez-tez rast gəlirik. Lakin bu avtomobillər qədər onların dövlət qeydiyyat nişanı da insana “vau” dedirdən məqamlardan biridir.

Bir çox avtomobil həvəskarları üçün son model avtomobili qədər onun qeydiyyat nişanı da böyük əhəmiyyət kəsb edir.

REALPRESS.Az milli.az-a istinadən avtomobil həvəskarlarına hal-hazırda müxtəlif sayt və sosial şəbəkələrdə satışa qoyulan bahalı dövlət qeydiyyat nişanlarını təqdim edir.






Qeyd edək ki, 2014-cü ildə Milli Məclisin növbədənkənar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərdə prestijli avtomobil nömrələrinin qiymətləri də müəyyən olunub.

Fərqli seriyalardan olan 001, 002, 003, 004, 005, 006, 007, 008 və 009 kimi nömrələr həmin vaxtdan 1500 manata satılır.

Eyni seriya hərfləri olan nömrələrin qiyməti 2500 manatdır.

Misal üçün: 90-ЕЕ-005 nömrəsinin qiyməti 2500 manat, 90-ЕН-005 nömrəsinin qiyməti isə 1500 manat olmalıdır.

Fərqli seriyalardan olan 100, 200, 300, 400, 500, 600, 700, 800 və 900 kimi nömrələrin qiyməti 1000 manatdır. Bu nömrələr eyni seriyalıdırsa, 1500 manat olmalıdır.

Fərqli seriyalardan olan 111, 222, 333, 444, 555, 666, 777, 888 və 999 kimi nömrələrin qiymətləri 500 manatdır.


17 İyul 2025
Cəmiyyət

Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI

Bu ilin 6 ayında Azərbaycan İtaliyaya 3 milyard 602 milyon 341,97 min ABŞ dolları dəyərində 6 milyon 820 min 798,97 ton, Çexiya 449 milyon 595,51 min ABŞ dolları dəyərində 846 min 461,39 ton, Xorvatiya 408 milyon 862,68 min ABŞ dolları dəyərində 744 min 703,91 ton xam neft ixrac edib. Rumıniya 378 milyon 39,37 min ABŞ dolları dəyərində 685 min 972,26 ton və Portuqaliyaya 310 milyon 369,1 min ABŞ dolları məbləğində 576 min 34,89 ton neft tədarük edilib.

17 İyul 2025
Cəmiyyət

Bakıda ötən ay 435 mindən çox insan mikromobillik vasitələrindən istifadə edib

Bu ilin iyun ayında Bakıda 435 270 nəfər mikromobillik vasitələrini seçib.

17 İyul 2025
Cəmiyyət

Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb

Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə 43 ailə - 176 nəfər köçürülüb.  

17 İyul 2025
Cəmiyyət

Sabah çimərliklərdə suyun temperaturu neçə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.