Bakıda maskalı şəxslər karateçinin evinə basqın etdilər

Bakıda maskalı şəxslər karateçinin evinə basqın etdilər
06 Dek 2016 11:42

Bakıda maskalı şəxslər evə basqın ediblər.

REALPRESS.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi 12-ci mədən, Əmir Bağırov küçəsində baş verib.

Belə ki, iki maskalı şəxs burada yerləşən fərdi evin pəncərəsinin sındırılması yolu ilə içəri daxil olub. Onlar ev sahibəsi 33 yaşlı Şahverdiyeva Pakizə Məhəmməd qızına polisə xəbər verəcəyi halda üç azyaşlı uşağını öldürəcəyi ilə təhdid ediblər. Evdən qızıl-zinət əşyaları, məişət avadanlığı aparılıb. P.Şahverdiyeva qorxaraq azyaşlı övladları ilə birgə Sabunçu rayonunda yerləşən anasının evinə gedib.

O, evin mətbəxində özünə bıçaqla bir zərbə vurub. P.Şahverdiyeva ağır xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıb.

Qeyd edək ki, hadisə vaxtı ev sahibi Allahverdi Şahverdiyev evdə olmayıb. O, fərdi şəkildə beynəlxalq karate yarışlarında iştirak edir.



3 Dek 2021
Kriminal

Paytaxtda gənc oğlan döyülərək bıçaqlandı

Bakıda döyülmə və bıçaqlanma hadisəsi baş verib.

17 Fev 2021
Kriminal

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü - FOTO

Azərbaycanda son sutkada koronavirusa 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb.

8 Fev 2021
Kriminal

Peskov koronavirus barədə: “Dünya avqustda adi həyat tərzinə qayıda bilər”

“Yayda koronavirusa qarşı immuniteti formalaşan insanların sayı 60 faizə çatacaq”.