2016-cı ilin dekabr ayının 5-dən “Park Inn by Radisson Hotel”də Azərbaycanda ilk dəfə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Turizm İnformasiya Mərkəzinin dəstəyi ilə “ASPI AQRO (Savalan)” MMC tərəfindən dördgünlük “Somelye giriş kursu” keçirilir.
Oxu.Az xəbər verir ki, lisenziyalı “Somelye giriş kursu” Ukraynanın “Ustad-sinif” somelye məktəbinin bazasında keçirilir. Kursun gedişatında iştirakçılar şərabların təsnifatı, onların saxlanılması və restoranda satışı, dequstasiyanın aparılması qaydaları ilə tanış olacaqlar.
Təlimi “Ustad-sinif” somelye məktəbinin şərab ekspertləri Nikolay və Natalya Blaqopoluçnılar aparırlar. Sınaqların nəticələrinə görə, iştirakçılara sertifikatlar təqdim ediləcək.
Təşkilatın məqsədi Azərbaycanda müasir şərab mədəniyyətinin və servisinin inkişafıdır.
2 iyul - Polis Günü münasibəti ilə Şuşa şəhərində tədbir keçirilib.
Azərbaycan ərazisində iyulun 3-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Səbail rayonunda Polis işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib.