Bakıda bu ambulansları görsəniz, təəccüblənməyin

Bakıda bu ambulansları görsəniz, təəccüblənməyin
09 Dek 2016 15:01

“Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası qış mövsümündə bütün lazımi texnika ilə təmin olunub. Bizim əlimizdə olan nəqliyyat vasitələri buzlu və 40 sm-dən artıq qarlı yollarda hərəkət etməyə imkan verir”.


Bunu  Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlər üzrə baş həkimin müavini Murad Mirzəzadə deyib. O qeyd edib ki, yeni avtomobillər qış aylarında qarlı-buzlu yollarda xəstələrə vaxtında yardım göstərmək üçün alınıb.

“Hazırda 9-cu stansiyada Yaponiya istehsalı olan “Mitsubishi Pajero” markalı 3 ədəd təcili tibb yardım maşını saxlanılır. Tırtırlı təkərlərə sahib olan maşınlar qarlı və buzlu havada hərəkət etmək üçün nəzərdə tutulub. Avtomobilin xarici görünüşü digər təcili tibbi yardım maşınlarından fərqlənir. Ölçlüləri kiçikdir, lakin xəstəyə ilkin tibbi yardım göstərmək üçün maşının salonu lazımi avadanlıqlarla təchiz olunub. Bu maşınlar xəstəyə ilkin tibbi yardım göstərməklə yanaşı, onun hospitalizasiya edilib xəstəxanaya yerləşdirilməsi üçün nəzərdə tutulub. Avtomobillərdə xüsusi sistemi var, istənilən vaxt tırtırları çıxarıb, adi təkərləri qoşmaq olar”-deyə Murad Mirzəzadə qeyd edib.   


9 İyun 2023
Cəmiyyət

Metro işçilərinin maaşları 15 % artırılıb

“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb.

9 İyun 2023
Cəmiyyət

“Bəyin oğurlanması”nın “İsabala”sının anım günüdür - VİDEO

Bu gün kino rejissoru, aktyor və Azərbaycanın Xalq artisti Ramiz Əzizbəylinin anım günüdür.

9 İyun 2023
Cəmiyyət

Bakı metrosunun stansiya və tunellərində ventilyatorlar yay rejiminə keçirilib

"Bakı Metropoliteni" QSC-nin stansiy və tunellərində ventilyasiya sisteminin iş rejimi yay qrafikinə keçirilib.

9 İyun 2023
Cəmiyyət

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul edib

Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.

9 İyun 2023
Cəmiyyət

Pirşağıda qamışlıq sahə yanır

Pirşağı qəsəbəsində qamışlıq sahə yanır.