Bakıda vəzifəli polislər qeyri-qanuni əməliyyat keçirdiklərinə görə işdən qovulub - TƏFƏRRÜAT

Bakıda vəzifəli polislər qeyri-qanuni əməliyyat keçirdiklərinə görə işdən qovulub - TƏFƏRRÜAT
01 2017 15:44

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynovun işdən çıxarılmasının səbəbi məlum olub.
 REALPRESS.com bidirir ki, "Report”un əldə etdiyi məlumata görə, onunla bərabər kapitan rütbəsində olan polis əməkdaşı da işdən çıxarılıb.
Belə ki, bölmə rəisi Ceyhun Hüseynov və adı açıqlanmayan polis kapitanı özlərini Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBA) əməkdaşı kimi təqdim edərək əxlaqsızlıq yuvasında qeyri-qanuni əməliyyat keçiriblər. Polislər fahişəliklə məşğul olan iki qadına özlərini İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək onları tutub. Daha sonra rəis və polis kapitanı qadınları İAQMBA-nın yaxınlığına aparıblar. Qadınlar onlara yalvararaq polislərə rüşvət təklif edib. C.Hüseynov qadınlardan 3 min manat alaraq onları sərbəst buraxıb.
Adları açıqlanmayan qadınlar polis əməkdaşlarının İAQMBA əməkdaş olmadığını və əslində əməliyyat keçirilmədiyindən sonradan xəbər tutub. Onlar hüquq-mühafizə orqanlarına müraciət edib.
Bununla bağlı aparılan araşdırmalar zamanı C.Hüseynovun 20 yanvar - Ümumxalq Hüzn Günü işdə olmadığı, xidmət yerini icazəsiz tərk etdiyi də məlum olub. Nəticədə o və polis kapitanı işdən çıxarılıb.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir. 


6 Noy 2026
Cəmiyyət

8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və M.Maqomayevadına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim edildi. 

6 Noy 2026
Cəmiyyət

Sabah güclü külək əsəcək - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

6 Noy 2026
Cəmiyyət

Zəfər Günü ilə əlaqədar Bakıda hərbi yürüşlər keçiriləcək

8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

6 Noy 2026
Cəmiyyət

Naxçıvan üzrə noyabrın pensiyaları ödənilib

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının pensiya ödənişi başa çatdırılıb.

6 Noy 2026
Cəmiyyət

Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq

Azərbaycanda qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq.