Bakıda torpaq qiymətləri - yarım milyondan yuxarı

Bakıda torpaq qiymətləri - yarım milyondan yuxarı
13 2017 09:08

2016-cı il ərzində Bakıda torpaq bazarında həm aktivlik aşağı səviyyədə olub, həm də qiymətlərdə azalma müşahidə olunub. Bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, son vaxtlar torpaq sahələrinə marağın kəskin şəkildə azalması müşahidə olunur: “Əvvəllər fərdi yaşayış evlərinin tikintisi ön sırada dururdu, amma indi fərdi yaşayış evlərinin tikintisində də ciddi geriləmələr müşahidə olunur. Kiçik torpaqlara maraq xeyli dərəcədə azalıb. Bütövlükdə bu, torpaq bazarına mənfi təsir göstərib. İl ərzində bazar üzrə 30 faizdən çox qiymət azalması müşahidə olunub. Əsas qiymət azalması ilin ikinci yarısında baş verib”.

Eskpert vurğulayıb ki, məhz ilin ikinci yarısında torpaq qiymətlərinin azalmasının dəqiq səbəblərini tam olaraq təhlil etmək hələ ki, mümkün deyil: “Bu, makroiqtisadi göstəricilərlə və digər məsələlərlə müşahidə oluna bilər, amma bu prosesin bizə məlum olmayan tərəfləri də var. Səbəblərdən biri də odur ki, insanlar sənədsiz torpaqlara əvvəllər pul qoymaqdan çəkinmirdilər və bunun risklərini o qədər də nəzərə almırdılar. Ancaq son dövrlərdə bu risklər ciddi nəzərə alınır”.

R.Osmanlının fikrincə, torpaq bazarında qiymətlərin azalmasının digər bir səbəbi də dövlət əmlakının özəlləşdirilməsi zamanı xeyli sayda boş torpaq sahələrinin özəlləşdirilməsidir: “2016-cı il ərzində ayrı-ayrı ərazilərdə təqribən 1500-dən artıq torpaq sahələri özəlləşməyə çıxarılıb. Bu isə torpaq bazarında təklifi xeyli dərəcədə artırıb”.

Bakıda ən bahalı və ən ucuz torpaq sahələrinə gəlincə isə R.Osmanl bildirib ki, ən bahalı torpaq sahəsinin bir sotu 500 min manatdan yuxarıdır, ən ucuz torpaq sahəsinin isə qiyməti 1500 manatdan başlayır: “Ən bahalı torpaq sahələri paytaxtın Səbail və Nəsimi rayonlarında mərkəzə yaxın və mərkəz hissələrdədir. Ucuz torpaq sahələri isə daha çox bağ massivlərində - Buzovnadan Maştağaya gedən yolun içəri hissələrində, Binə qəsəbəsində və Qaladadır”.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.