Bakıda tələbə və məktəbli qız oğurlanıb

Bakıda tələbə və məktəbli qız oğurlanıb
20 2017 16:47

Bakıda 23 yaşlı tələbə və 16 yaşlı məktəbli qız oğurlanıb.

REALPRESS.Az-ın xəbərinə görə, Səbail Rayon Polis İdarəsindən 1news.az-a verilən məlumata əsasən, 23 yaşlı Bakı sakininin (qızın adı etik normalara görə açıqlanmır) valideynləri polisə müraciət edərək bildiriblər ki, onların qızı naməlum şəxs tərəfindən qaçırılıb.

8-ci kilometr qəsəbəsində məktəblərdən birində təhsil alan 16 yaşlı qızın valideynləri (onun adı etik normalara görə açıqlanmır) də eyni şikayətlə Nizami Rayon Polis İdarəsinə müraciət ediblər. Qeyd olunur ki, məktəblini Qara Qarayev prospektində qaçırıblar.

Hər iki faktla bağlı araşdırma aparılır, qızların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.