Bakıda təcili yardıma zəng edənlərin ünvanları telefonla müəyyənləşdirilə bilər

Bakıda təcili yardıma zəng edənlərin ünvanları telefonla müəyyənləşdirilə bilər
06 2017 15:20

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası quruma edilən zənglər hesabına çağırış ünvanının müəyyənləşdirilməsi təklifi ilə Səhiyyə Nazirliyinə müraciət edib.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin Operativ və hospital işlər üzrə müavini Murad Mirzəzadə bu gün keçirdikləri hesabat xarakterli tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda bu təklif araşdırılır. Buna görə də təklifin nə zaman reallaşacağını indi demək mümkün deyil.

M.Mirzəzadə qeyd edib ki, bəzən çağırış edən şəxs öz ünvanını deyə bilmir: "Bu isə tibbi briqadanın cağırış ünvanını müəyyənləşdirməsinə çətinlik törədir. Belə hallar olan zaman biz onlara kommunal xidmətlərin qəbzlərinin üzərindəki ünvanları demələrini xahiş edirik".

M.Mirzəzadə qeyd edib ki, keçən il Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası sənədləşmə işlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra səmərələşdirici təkliflər irəli sürülüb. Onun sözlərinə görə, təcili tibbi yardımın müasir tələblərə cavab verən, təcili tibbi yardım həkiminin sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etmək məqsədi ilə yeni "Çağırış vərəqi" forması və onların elektron variantı hazırlanıb.

M,Mirzəzadə əlavə edib ki, "Çağırış vərəqi" forması planşetlərə yüklənərək təcili tibbi yardım həkimlərinin istifadəsinə veriləcək. Bu isə elektron səhiyyənin inkişafına, vətəndaşların sağlamlığı vəziyyətinə "Elektron sağlamlıq kartı" vasitəsilə elektron nəzarət sisteminin tədbiqinə yardım etmiş olacaq.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.