Bakıda püskürən vulkanla bağlı araşdırmalar aparılır

Bakıda püskürən vulkanla bağlı araşdırmalar aparılır
07 2017 11:03

AMEA-nın Geologiya və Geofizika İnstitutu “Otman bozdağ” vulkanının püskürməsi ilə bağlı araşdırmalar aparır.

Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Trend-ə verilən məlumata görə, fevralın 6-da AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Şirvan seysmik stansiyasından 31 kilometr şimalda-Qaradağ rayonunun Səngəçal qəsəbəsində 2 vulkan püskürməsi qeydə alınıb.

Ərazidə palçıq vulkanının püskürməsi yerli vaxtla saat 12:20:40-da və 14:18:07-də baş verib.

RSXM-nın direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlidən aldığımız məlumata görə, “Otman bozdağ” vulkanında iki püskürmə baş verib. Birinci vulkanın püskürməsi 3 dəq 23 san, ikincinin isə 6 dəqiqə davam edib.

Qeyd edək ki, “Otman bozdağ” vulkanının püskürməsi sonuncu dəfə 13 il bundan əvvəl – 2004-cü ildə qeydə alınıb. Bu isə vulkanın sayca doqquzuncu püskürməsidir. AMEA-nın Geologiya və Geofizika İnstitutu tərəfindən vulkanla bağlı araşdırmalar davam etdirilir.


6 Noy 2025
Cəmiyyət

Laçında qanvermə aksiyası keçirilib (FOTO)

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində noyabrın 6-da Laçında könüllü qanvermə aksiyası keçirilib.

6 Noy 2025
Cəmiyyət

DİN-in əməkdaşları Zəfər Günü ilə əlaqədar ağacəkmə kampaniyası keçiriblər

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları 8 Noyabr - Zəfər Günü ilə əlaqədar ağacəkmə kampaniyası keçiriblər.

6 Noy 2025
Cəmiyyət

Füzulidə Mərkəzi Park salınacaq

Füzuli şəhərində Qarabağ Dirçəliş Fondunun sifarişi ilə 25 hektar ərazidə böyük bir Mərkəzi Park salınacaq.

6 Noy 2025
Cəmiyyət

Bulvarın uzunluğu 25 kilometrə çatacaq - RƏSMİ

Yaxın gələcəkdə bulvarın uzunluğunun 25 kilometrə çatdırılması nəzərdə tutulur.

6 Noy 2025
Cəmiyyət

FHN Tovuzda mülki müdafiə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə Regional Mərkəzi Tovuz rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirib.