Bakıda məktəb psixoloqlarının təliminə başlanılıb

Bakıda məktəb psixoloqlarının təliminə başlanılıb
10 2017 10:20

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Məktəb psixoloqlarının peşəkar inkişafı” layihəsinə start verilib.

İdarədən Trend-ə verilən məlumata görə, layihənin məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquqi öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji fəaliyyətin keyfiyyətini yüksəltmək və ailə-məktəb əməkdaşlığını intensivləşdirməkdir.

Layihə çərçivəsində ilk olaraq ümumi təhsil məktəblərinə “Ehtiyacların müəyyən edilməsi” adlı sorğu göndərilib. Sorğuda 241 məktəb psixoloqu iştirak edib. Sorğunun nəticələri əsasında Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu tərəfindən məktəb psixoloqları müsahibədən keçirilib və nəticələr təhlil olunub. Müsahibədə BŞTİ-nin tabeliyindəki 255 ümumi təhsil məktəbinin, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan 20 məktəb və liseyin, 1 internat və 1 məcburi köçkün məktəbinin psixoloqu iştirak edib.

Müsahibədən keçən psixoloqlar üçün Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu və Humel Psixologiya Mərkəzi tərəfindən iki istiqamətdə təlim paketi hazırlanıb. Psixoloqların səviyyəsinə uyğun olaraq iki və beşgünlük təlimlər təşkil ediləcək.

Qeyd edək ki, ilk təlim Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə ümumi təhsil məktəblərinin bir qrup psixoloqlarının iştirakı ilə 8 nömrəli tam orta məktəbdə keçirilib. Təlimlərin fevral ayına qədər davam etməsi nəzərdə tutulub.


24 Yan 2025
Cəmiyyət

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində 2024-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

24 Yan 2025
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb - 25.01.2025

Azərbaycan ərazisində yanvarın 25-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

24 Yan 2025
Cəmiyyət

"Azeri Light" markalı neft ucuzlaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,76 ABŞ dolları, yaxud 0,92% azalaraq, 81,23 ABŞ dolları olub.

24 Yan 2025
Cəmiyyət

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (24.01.2025)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

24 Yan 2025
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 24.01.2025

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.