Bakıda kiçik və orta sahibkarlarla görüşlər keçirilir

Bakıda kiçik və orta sahibkarlarla görüşlər keçirilir
21 2017 09:27

Vergi qanunvericiliyində baş vermiş dəyişikliklərin sahibkarlara və iş adamlarına bilavasitə çatdırılması məqsədilə kiçik və orta sahibkarlarla görüşlər keçirilir.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 23 dekabr 2016-cı il tarixdə imzalanmış və 2017-ci ilin yanvar ayının 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunların şərh edilməsi, vergi qanunvericiliyində baş vermiş dəyişikliklərin sahibkarlara və iş adamlarına bilavasitə çatdırılması məqsədilə Vergilər Nazirliyi vergi ödəyiciləri ilə silsilə görüşləri davam etdirir.

Yanvarın 17-dən başlayaraq Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti, yanvarın 18-dən isə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin inzibati binalarında paytaxt ərazisində qeydiyyatda olan, iqtisadiyyatın müxtəlif sektorlarında çalışan kiçik və orta sahibkarlarla görüşlərin keçirilməsinə start verilib.

Görüşlərdə Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan ictimai iaşə, pərakəndə ticarət, mebel mağazaları, mobil rabitə obyektləri, aksizli mallar və tikinti materialların satışı ilə məşğul olan və s. qəbildən olan vegi ödəyiciləri, həmçinin Lokal Gəlirlər Departamentinin qeydiyyatında olan mənzil-tikinti kooperativləri, istehsalçı şirkətlər, topdan satışla, eləcə də alkoqollu məhsulların istehsalı və satışı ilə məşğul olan vergi ödəyiciləri iştirak ediblər.
Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən görüşlərdə bildirilib ki, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşlarının stimullaşdırılması istiqamətində həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi olaraq, vergi sistemində də geniş islahatlar aparılır.

Görüşlərdə sahibkarlara Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin mahiyyəti, qanunvericilikdə əksini tapan yeni anlayışlar, yeni vergi bəyannamə və hesabat formaları barədə məlumat və izahatlar verilib, vergi ödəyicilərinin sabit verginin tətbiqi, elektron ticarətin və xidmətlərin vergiyə cəlb olunması, bank hesablarındakı pulun nağdlaşdırılması zamanı verginin tutulması, idman mərc oyunlarının vergiyə cəlb olunması və s. ilə bağlı sualları cavablandırılıb.

Növbəti günlərdə iri bazarlar və şəbəkə supermarketlər, şadlıq sarayları, mebel mağazaları, özəl tibbi xidmət, lizinq və sığorta şirkətləri və s. kateqoriyadan olan ödəyicilər üçün də görüşlərin keçirilməsi nəzərdə tutulur.

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.