Bakıda idman zalına kütləvi basqın olub, yaralananlar var
APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Marafon” idman zalında baş verib. Dəyənək, balta, “beşbarmaq” və s. soyuq silahlarla silahlanmış bir qrup şəxs məşq zamanı zala hücum edib, məşq keçən idmançılara xəsarət yetirib.
İlkin məlumata görə, insidentə məşqçilər - MMA üzrə dünya çempionu Əli Nəcəfi və Ziyadxan Sədiyev arasında mübahisə səbəb olub. Hadisə nəticəsində Əli Nəcəfi də daxil olmaqla 5 nəfər xəsarət alıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Ziyadxan Sədiyev və onunla basqında iştirak etmiş daha bir neçə nəfər saxlanılıb.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,13 ABŞ dolları, yaxud 0,17 % azalaraq 75,13 ABŞ dolları olub.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.