Bakıda ən çox tələbat olan peşələr

Bakıda ən çox tələbat olan peşələr
02 2017 12:23

Azərbaycan paytaxtında ən çox tələbat olan peşələrdən biri fəhləlikdir. 

Oxu.Az xəbər verir ki, bu barədə haqqin.az-a Bakı Məşğulluq İdarəsindən bildiriblər. 

Bununla yanaşı, vakant yerlər sənaye və inşaat obyektlərində deyil, yaşayış-istismar idarələri, müxtəlif müəssisələrdədir. Əməkhaqqı isə yüksək deyil, inşaatda və ya neft sahəsində olan əməkhaqqının miqdarından dəfələrlə azdır. 

İkinci yerdə xidmət sahəsinin işçiləridir: satıcı və ofisiantlar. Burada tələb elektron tərəzi və ya kassa aparatında işləyə bilən şəxsləri istəyirlər. Ofisiant və barmenlərdən isə hotel, iri ticarət mərkəzlərində, mağaza şəbəkələrində işləmək tələb olunur. 

Maraqlıdır ki, üçüncü tələbat olan peşələr sırasında mühasib və menecerlərdir. Yəqin elə bu səbəbdən də Bakıda kompüter mühasibatı üzrə kurslar çoxluq təşkil edir. 

İdarədən bildiriblər ki, ali təhsil tələb edilən vakansiyalar azdır, cəmi 2%. Bəzən işə götürənlər həddən artıq yüksək tələblər irəli sürürlər. Bu səbəbdən də mühəndislər sürücü və ya qarovulçu işinə gedirlər. 

Müqayisə üçün bildirək ki, Rusiyada 2016-ci ildə ən çox tələbat olan peşələr sənaye istehsalı sahəsi, İT mütəxəssisləri, təmir və dizayn işi ilə əlaqədar olub. 

ABŞ-da biologiya və tibb sahəsinin mütəxəssisləri, daha sonra marketinq üzrə məsləhətçilər, proqram memarlardır. 

Dünyada ən çox tələbat olan işçilər mühəndislər, İT mütəxəssislər və həkimlərdir. 


18 Mar 2023
Cəmiyyət

B12 vitamini ilə zəngin qidalar – SİYAHI

Vitamin B12 elə bir vitamindir ki, bədən onu istehsal edə bilmir. 

18 Mar 2023
Cəmiyyət

Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib - FOTO

2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

18 Mar 2023
Cəmiyyət

FHN: Ötən sutka 38 yanğına çıxış olub, 5 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

18 Mar 2023
Cəmiyyət

Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb

Slovakiya və Ukrayna “MiQ-29” qırıcılarının Kiyevə təhvil verilməsi haqqında saziş imzalayıb.