Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) dünyanın ilk qadın kosmonavt Valentina Tereşkovaya həsr olunmuş “Qızın adı Qağayıdır” adlı fotosərgi açılıb.
REALPRESS.Az bu barədə Report-a istinadən xəbər verir.
Sərgidə V.Tereşkovanın həyat yolunun bəzi mərhələlərini - yeniyetməlik illərini, məşqlər dövrünü, kosmik uçuş zamanını, Yerə qayıtdıqdan sonra ilk səhər yeməyini, dostlarla, kosmonavtlarla birgə olduğu anları, istirahət anlarını və s. əks etdirən nadir fotoşəkillər nümayiş etdirilir.
Açılış mərasimində həmçinin V.Tereşkovaya həsr olunmuş sənədli film nümayiş olunub.
Xatırladaq ki, martın 6-da V.Tereşkova 80 illik yubileyini qeyd edib.
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.