Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək
05 2017 13:00

Yeni yaradılan Bakı Mühəndislik Universiteti muasir idarəetmə formatına görə digər ali təhsil müəssisələrindən fərqlənəcək.

Təhsil Nazirliyindən özəl oalaraq Trend-ə verilən məlumata gröə, universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurası olacaq. Ali təhsil müəssisələrinin idarəetməsində yenilik olan Himayəçilər Şurasının tərkibi azı 3 nəfər olmaqla, Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.

Himayəçilər Şurasının səlahiyyətlərinə universitetin strateji inkişaf proqramının, illik büdcəsinin və onun icrasının təsdiq edilməsi, Universitetin Audit Komitəsinin üzvlərinin seçilməsi, universitetin fəaliyyət istiqamətlərinə nəzarət, universitetin elm-təhsil-innovasiya mərkəzi kimi inkişaf etməsinə, fundamental və tətbiqi elmi layihələrin həyata keçirilməsinə, zəruri infrastrukturun yaradılmasına, beynəlxalq əlaqələrin qurulmasına, maliyyə vəsaitinin və sair investisiyaların cəlb edilməsinə, məzunların işlə təmin olunmasına dəstək göstərilməsi aiddir. Universitetin cari fəaliyyətinə rəhbərliyi isə rektor həyata keçirəcək.

Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasına rəhbərlik təhsil nazirinin müavini Ceyhun Bayramova həvalə olunub.

Qeyd edək ki, ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan Bakı Mühəndislik Universiteti Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 8 noyabr 2016-cı ildə yaradılıb.

Təhsil naziri Mikayıl Cabbarov universitet rəhbərliyi və müəllim heyəti ilə görüşdə bildirib ki, Təhsil Nazirliyi gələcəkdə Himayəçilər Şurasının tərkibində digər qurumların nümayəndələrini də görmək arzusundadır. Eyni zamanda, ali təhsil müəssisəsinin fəaliyyətinə köməklik göstərən özəl sektor təmsilçiləri də Himayəçilər Şurasında yer ala biləcək.


12 May 2025
Cəmiyyət

Ötən həftə 1315,7 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə mayın 5-dən 11-nə qədər 32 tank əleyhinə mina, 45 piyada əleyhinə mina, 274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

12 May 2025
Cəmiyyət

AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir

Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün "Azərbaycan Hava Yolları"nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

12 May 2025
Cəmiyyət

Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Nizami rayonunda vətəndaşları qəbul edəcək.

12 May 2025
Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

12 May 2025
Cəmiyyət

Son aylarda Azərbaycanda qızılca xəstəliyinə tək-tək hallarda rast gəlinir - RƏSMİ

Görülən məqsədyönlü tədbirlər nəticəsində son aylarda Azərbaycanda qızılca halları yalnız sporadik (tək-tək) şəkildə qeydə alınır.