Fevralın 18-də Bakıda I Neyroendokrin Törəmə Simpoziumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə endokrinoloqlarla yanaşı, terapevtlər, kardioloqlar, nevropatoloqlar, cərrahlar, onkoloqlar, oftalmoloqlar və digər həkimlər iştirak ediblər.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra simpozium işinə başlayıb. Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev simpoziumun əhəmiyyətindən söz açıb, qalxanvarı vəzi xəstəliklərinin müalicə metodları, düzgün diaqnozun qoyulması və bu sahədə yeniliklərlə bağlı mövzuların müzakirə edilməsi baxımından tədbiri yüksək qiymətləndirib.
Professor Əziz Əliyev qeyd edib ki, son illər Azərbaycanda bütün sahələrdə, o cümlədən tibb sahəsində mühüm uğurlar əldə edilib. 2016-cı ilin aprel ayında Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzinin açılması buna bariz nümunələrdən biridir.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun direktoru Elçin Babayev qeyd edib ki, Azərbaycanın aparıcı tibb müəssisələrindən olan Milli Onkologiya Mərkəzinin xərçəng xəstəliklərinin diaqnozlaşdırılmasında və müalicəsi sahəsində uğurları həm ölkə daxilində, beynəlxalq arenada diqqət mərkəzindədir.
Sonra Nüvə Təbabəti Mərkəzinin fəaliyyətini əks etdirən film nümayiş etdirilib. Qeyd edilib ki, Nüvə Təbabəti Mərkəzinin fəaliyyətinin əsas prinsipi yüksək səviyyədə xidmətlər təqdim etməkdir. Mərkəzdə işləyən həkimlər, əczaçılar, fiziklər, mühəndislər, kimyaçılar, hətta kiçik və orta heyət xaricdə təhsil alıblar və zəngin praktiki biliklərə malikdirlər. Onların sırasında müvafiq sahədə böyük təcrübəsi olan xarici mütəxəssislər də var.
Həmçinin məlumat verilib ki, mərkəzdə pozitron emissiya tomoqrafiya/kompüter tomoqrafiya (PET/KT) cihazı quraşdırılıb. Bu, orqanizmdə hüceyrə mübadiləsini molekulyar səviyyədə göstərməyə imkan verən müasir tibbi diaqnostik görüntüləmə üsuludur. Xüsusi təyinatlı laboratoriya şəraitində hazırlanmış dərman maddəsi vena daxilinə vurulur və bu maddə orqanizmdə müəyyən toxumalarda toplanaraq ətrafa şüalanma verir. Mərkəzin PET/KT cihazı olan “Biograph mCT-S40” Siemens şirkətinin ən son texnologiyaları ilə hazırlanıb və minimal doza ilə çox sürətli müayinə aparmaq imkanına malikdir. PET/KT-dən onkoloji xəstəliklərin erkən diaqnostikası ilə yanaşı, Altsheymer və Parkinson xəstəliklərinin müayinəsində, epilepsiya, demensiya zamanı beyin funksiyalarının dəyərləndirilməsində də istifadə olunacaq.
Sessiyalarla davam edən simpoziumda cərrahi endokrinologiyada yeni müalicə və diaqnozlaşdırma texnologiyalarından, habelə diaqnozlaşdırmanın aktual problemlərindən, neyroendokrin törəmələrin kompleks və cərrahi müalicəsindən söhbət açılıb.
Simpoziumda professor Əziz Əliyevin “Boynun neyroendokrin törəmələri”, doktor Hidayət Məmmədzadənin “Neyroendokrin törəmələrin endokrinoloji aspektdən dəyərləndirilməsi”, doktor Fuad Novruzovun “Neyroendokrin törəmələrin diaqnozunda PET/KT müayinəsi” mövzularında məruzələri dinlənilib.
Yaz - hər bir insanın həyatında xüsusi bir dövrdür - orqanizmin özünü aktiv şəkildə yenilədiyi və bərpa etdiyi dövr.
Daşkəsən rayonunun Quşçu kəndində səyyar müayinə aksiyasına start verilib.
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) yeni səlahiyyətlər verilir.
Sidiyə getmə zamanı yaranan problemlər insanda böyük psixoloji diskomfort yaradır. Belə hallar ağir sayılmır, amma yumşaq desək xoşagəlməzdir. Tez-tez və çətin sidiyə getmə, sidik kisəsinin tam boşalmaması hissi, sidiyi saxlaya bilməmək – bu həmişə yaşlılara aid bir hal deyil, həm qadınların həm də kişilərın həyatının müxtəlif dövrlərində yarana bilər. Bu problemdən heç kim sığortalanmayıb. Bu əlamətlər sistit zamanı yaranır.
Biz sağlamlığımızı nədən itiririk? Pis ekoloji durum, bakteriya və virus infeksiyalarının artması, təmiz havada az olmaq, fiziki aktivliyin azalması, passiv həyat tərzi, oturaq iş rejimi, günəş və təbii su vannalarından az qəbul edilməsi, keyfiyyəti qənaətbəxş olmayan ərzaqlardan istifadə, həddən çox yemək, balanslaşdırılmamış və rejimsiz qida qəbulu, xüsusilə gecə saatlarında, zərərli vərdişlər (alkoqol, siqaret və s.), nəzarətsiz antibiotik qəbulu, stress, yorğunluq, psixi və emosional gərginlik və s. immuniteti azaldan səbəblərdir.