Bakıda Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilir

Bakıda Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilir
28 2017 13:52

Yanvarın 28-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) 2016-cı ildəki fəaliyyətinin yekunlarına və 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, dövlət və hökumət rəsmiləri, deputatlar, partiyanın gənc üzvləri iştirak edirlər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasət nəticəsində əldə olunan uğurlara dair videoçarx nümayiş etdirilib.

Daha sonra YAP GB-nin 2016-cı ildəki fəaliyyətini əks etdirən film təqdim olunub.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov tədbirdə çıxış edərək ölkəmizdə gənclərin fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. Bildirib ki, YAP da Azərbaycanda gənclərin fəallıqlarının təmin olunması istiqamətində mühüm rol oynayır, onlar üçün əlverişli şəraitin yaradılmasına çalışır. Gənclərin 2016-cı ildəki fəaliyyətini uğurlu hesab edən icra katibi diqqətə çatdırıb ki, ötən il ölkəmizin qazandığı nailiyyətlərdə partiyanın gənc üzvlərinin də özünəməxsus payı var.

Tədbirin sonunda YAP-a yeni qəbul olunmuş bir qrup gəncə partiya biletləri təqdim olunacaq. Həmçinin YAP GB-nin həyata keçirdiyi tədbirlərdə fəal iştirakına görə müxtəlif nominasiyalar üzrə bir qrup fəal gənc təltif ediləcək.


7 İyun 2023
Siyasət

Slovakiya XİN: “Ölkəmizdə Azərbaycan səfirliyinin açılması qərarını yüksək qiymətləndiririk”

“Slovakiya Azərbaycanın bu ölkədə səfirlik açmaq qərarını yüksək qiymətləndirir”.

7 İyun 2023
Siyasət

Qida Təhlükəsizliyi Agentliyinin vəzifələri artırıldı

“Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib.

7 İyun 2023
Siyasət

Mikayıl Cabbarov: “Regionlar üzrə ümumi məhsul buraxılışı 13% artıb” - FOTO

“Bu ilin birinci rübü ərzində Azərbaycanın regionları üzrə ümumi məhsul buraxılışı 7,5 milyard manat olub”.

7 İyun 2023
Siyasət

Çilinin Azərbaycanda yeni müvəqqəti işlər vəkili Bakıya gəlib

Çilinin Azərbaycanda yeni müvəqqəti işlər vəkili Cankarlo Alberti Bakıya gəlib.

7 İyun 2023
Siyasət

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalye Poudan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.