Bakıda Azərbaycan-Estoniya hökumətlərarası komissiyanın iclası keçirilib

Bakıda Azərbaycan-Estoniya hökumətlərarası komissiyanın iclası keçirilib
07 2017 15:40

Bu gün Bakıda Azərbaycan ilə Estoniya arasında Ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın III iclası keçirilib.

"APA-Economics" xəbər verir ki, Azərbaycan tərəfindən komissiyaya nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Estoniya tərəfindən isə bu ölkənin dövlət idarəçiliyi naziri Mixail Korb rəhbərlik edir. Hər iki tərəfdən nümayəndə heyətlərinin tərkibinə müxtəlif dövlət qurumlarının təmsilçiləri daxildir.

İclasda sənaye və energetika, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları (İKT), maliyyə, gömrük, vergi, kənd təsərrüfatı, ətraf mühit, gənclər siyasəti, təhsil və elmi tədqiqatlar, sosial təminat və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Hökumətlərarası komissiyanın iclası iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə yönəlib.

Tədbirdə çıxış edən M.Korb bildirib ki, ölkələr arasında ticarət dövriyyəsi üzrə rəqəmlər effektiv deyil. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin qənaətbəxş olmamasına səbəb Azərbaycan və Estoniyanın məsafə baxımından uzaqda yerləşmələridir. "Azərbaycan Dəmir Yolları" QSC ilə Estoniya Dəmir Yolları və həmçinin, Estoniyanın bir limanı arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Protokola əsasən iki ölkə arasında məhsullar şimaldan cənuba, o cümlədən əks istiqamətə daşınacaq. "Bundan başqa iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq müzakirə edilib. Biz bu sahədə Azərbaycanla təcrübəmizi bölüşdük", - deyə nazir qeyd edib.

M. Korb əlavə edib ki, Azərbaycanla Estoniya arasında kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsi hər iki ölkəni qane etmir: "Kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsinin artırılması bizim üçün prioritetdir. Bundan başqa, biz Estoniyanın inkişaf etmiş iqtisadi sahələri ilə bağlı müzakirə apardıq. Maşınqayırma, energetika sahəsi, ağac və metal emalı sahələri bura daxildir. Həmçinin, nümayəndə heyəti daxilindəki energetika sahəsinin nümayəndələri də neft-qaz layihələrinin işlənməsi ilə bağlı müzakirələr aparacaqlar".

Sonda iclasın yekunlarına dair protokol imzalanıb.

Komissiyanın iclası çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə Biznes Forum keçirilib.

Biznes forumda hər iki ölkənin sahibkarları arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə müzakirələr aparılıb, yeni biznes əlaqələri qurulub.

Qeyd edək ki, M.Korbun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində müxtəlif dövlət qurumlarında görüşlər keçirilib, ali dövlət rəsmiləri ilə müzakirələr aparılıb.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.