Bakıda Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçirilir

Bakıda Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçirilir
06 2017 14:28

Bu gün Bakıda XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF”) sərgisi işə başlayıb. 

“Report” xəbər verir ki, “Iteca Caspian” şirkətinin əsas təşkilatçısı olduğu sərginin rəsmi açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, bir sıra xarici dövlətlərin Azərbaycandakı səfirlikləri, yerli və xarici turizm idarələrinin nümayəndələri iştirak ediblər. 

Sözügedən sərgi beynəlxalq və yerli şirkətlərə layihələrini, turizm imkanlarını təqdim etmək üçün əhəmiyyətli platforma hesab olunur. AITF sərgisi ziyarətçilərə çoxlu sayda turizm istiqamətlərini, hava yollarını, hotel şəbəkələrini və digər turizm xidmətlərini təqdim edəcək. Bu il sərgidə 20 ölkədən 272 şirkət iştirak edir. Bununla belə, burada 17 milli və regional stend təmsil olunub.

İlk iki günü sərgi yalnız turizm peşəkarları, aprelin 8-dən isə geniş ictimaiyyət üçün açıq olacaq. Burada sərgi ziyarətçiləri yerində tur bron etmək imkanı əldə edəcəklər. Sərgi çərçivəsində bu gün “Baku Expo Center”də saat 14:00-16:00-da Kazan şəhərinin turizm imkanlarının təqdimatı olacaq. Builki vork-şop isə aprelin 7-də təşkil olunacaq.

Qeyd edək ki, “Iteca Caspian” şirkəti bu il ümumilikdə 16 sərgi və 1 konfrans keçirməyi planlaşdırır. Bu sərgilər dövlət sənaye strukturlarının dəstəyi ilə təşkil olunacaq. Belə ki, aprelin 26-28-də Bakı Ekspo Mərkəzində XVI Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (Transcaspian/Translogistica), VII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (Road & Traffic) və IV Xəzər Beynəlxalq Kater və Yaxtalar (CIBS 2017) sərgiləri keçiriləcək. Mayın 17-dən 19-a kimi baş tutacaq XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi (WorldFood Azerbaijan) və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya (Ipack Caspian) sərgilərinin iştirakçıları tərəfindən həm yerli, həm də xarici istehsalçı şirkətlərin çoxlu sayda məhsulları nümayiş olunacaq. 

Bu il sərgilərin yaz mövsümü regionun ən böyük sənaye sərgisi XXIV Beynəlxalq Xəzər Neft və Qaz (Caspian Oil & Gas, 31 may-3 iyun), XXIV Beynəlxalq Xəzər Neft və Qaz Konfransı (Caspian Oil & Gas Conference, 1-2 iyun) və VII Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji (Caspian Power) sərgiləri ilə yekunlaşacaq.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.