Bakıda 300-ə yaxın yaşayış və qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınacaq

Bakıda 300-ə yaxın yaşayış və qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınacaq
06 2017 09:25

Bakıda vətəndaşlara məxsus 283 yaşayış və qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınacaq.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarında göstərilir.

Baş nazirin müavini Abid Şərifov tərəfindən imzalanan qərara əsasən, Yasamal rayonu ərazisində Nəriman Nərimanov prospekti ilə Balababa Məcidov, Fuad İbrahimbəyov və Abdulla Şaiq küçələri arasındakı ərazidə 260 ədəd, Nəriman Nərimanov prospekti, Süleyman Tağızadə, Abdulla Şaiq və Lev Tolstoy küçələrinin əhatəsində, Nəriman Nərimanov prospekti və Lev Tolstoy küçələrinin kəsişməsindəki ərazidə 23 ədəd, ümumilikdə sayı 283 olan vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.

Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, bu qərarın 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.


25 Sent 2023
Cəmiyyət

Mina terrorunda şəhid olan polkovnik-leytenant İkinci Şəhidlər xiyabanında dəfn edilib - FOTO

Sentyabrın 24-də “KamAZ” markalı hərbi nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun polkovnik-leytenantı Əkrəm Şadmanov dəfn edilib.

25 Sent 2023
Cəmiyyət

Azad edilmiş ərazilərdə daha 29 mina aşkarlanıb

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

25 Sent 2023
Cəmiyyət

Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.