Bakıda 10 min manata mənzil kirayə verilir – MONİTORİNQ

Bakıda 10 min manata mənzil kirayə verilir – MONİTORİNQ
19 2017 17:25

Yeni ilin ilk ayında Bakıda mənzillərin kirayə qiymətləri artıb.

Oxu.Az xəbər verir ki, 2016-cı ilin dekabr ayına nisbətən ucuz mənzillər (200-500 manat) 3,9% bahalaşıb.

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalara əsasən, paytaxt ərazisində yanvar ayında orta qiymətə olan mənzillərin (500-1000 manat) kirayə haqqı 1,4%, bahalı mənzillər (1000-3000 manat) 4,9% artıb. Eksklüziv mənzillərin (3000-10000 manat) isə kirayə haqqı 5,2% ucuzlaşıb.

Bazarda ən çox paya malik olan ucuz və orta qiymətli kirayə mənzillərdir. Beləliklə, ucuz mənzillər bazarın 43,7%-ni, orta qiymətə olan mənzillər 43%-ni təşkil edib.

Bahalı mənzillərin payı isə 13,3%-dir. Ən az paya eksklüziv mənzillər sahib olublar - 0,1%.
Qeyd edək ki, Bakı şəhəri üzrə ən ucuz birotaqlı, əşyasız kirayə mənzil Köhnə Günəşli qəsəbəsində yerləşir və aylıq kirayə haqqı 180 manat təşkil edir.

Paytaxtda ən bahalı kirayə mənzil Səbail rayonunda yerləşir və aylıq 10000 manat təşkil edir. Beləliklə, şəhərə və dənizə panoraması olan “Flame of Towers” yaxınlığında yerləşən 5 otaqlı eksklüziv təmirli və tam əşyalı mənzil bazara təklif olunub. Mənzilin ümumi sahəsi – 530 kv.m.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.