ABŞ-ın Arizona ştatından olan 25 yaşlı blogger Dryu Binski Azərbaycana səfər edib.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan D.Binskinin səyahət etdiyi yüzüncü ölkə olub. Blogger 30 yaşına qədər dünyanın bütün ölkələrinə səfər etməyi qarşısına məqsəd qoyub.
D.Binski səyahət etdiyi ölkələrdə 10 dollara necə istirahət etməyi göstərir.
Bakıya həsr edilən videoda, blogger Azərbaycana gəlməsindən xoşbəxt olduğunu bildirib. Ölkəmizin bənzərsiz olduğunu vurğulayan Binski, burada keçirdiyi hər dəqiqəyə şad olduğunu qeyd edib.
Səyahətçi Bakıda 10 dolları çay süfrəsi, dönər, qəlyan və taksi xidmətinə xərcləyib.
“Azərbaycan Hava Yolları” QSC Azərbaycana hansı vətəndaşların gələ biləcəyi ilə bağlı məlumat yayıb.
Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın turizm məkanı kimi də böyük potensiala malikdir. Zəngin flora və faunası, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı və İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı ərazinin turizm imkanlarını genişləndirir. Səthin dağlıq olması gələcəkdə burada dağ və qış turizminin inkişafına təkan verəcək.
“Buta Airways” aşağıbüdcəli aviaşirkəti 6 dekabr tarixindən Bakı-İzmir-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirəcək.